...

Azərbaycanda sənaye istehsalının həcmi ilin əvvəlindən 22 milyard dollar olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2014 18:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir Zülfiyyə Qurbanova/

2014-cü ilin yanvar-iyun ayları ərzində sənaye istehsalının ümumi həcmi (istehsal olunmuş məhsulların həcmi və sənaye xarakterli göstərilmiş xidmətlər) Azərbaycanda 16,9 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 2,4 faiz azdır. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Hesabatda bildirilir ki, göstərilən dövrdə Azərbaycanın qeyri-neft sektoru 4,2 faiz artım nümayiş etdirib, neft sektoru isə 2013-cü ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz azalıb.

Yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektorunda ərzaq istehsalı, geyim, tikinti materialları, mebel və digər sahələrdə yüksək artım qeydə alınıb.

Hesabat dövründə hasilat sənayesində istehsal həcmi bütün sənaye istehsalında 72,9 faiz xüsusi çəki ilə 12,3 milyard manat olub ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 2,7 faiz azdır.

2014-cü ilin yanvar-iyun aylarında neft istehsalının həcmi 21,22 milyon ton, təbii qaz hasilatı 9,1 milyard kubmetr təşkil edib. Neft istehsalı 2013-cü ilin analoji dövrünün göstəricisinə nisbətən 2,7 faiz azalıb, qaz istehsalı isə 2,9 faiz artıb.

Birinci yarım il ərzində emal sənayesində istehsalın həcmi 21,1 faiz xüsusi çəki ilə 3,6 milyard manat təşkil edib ki, bu da ötən ilin yanvar-iyun aylarının göstəricisindən 4,8 faiz azdır. 2013-cü ilin eyni dövrünün göstəricisi ilə müqayisədə elektrik enerjisi, qaz və buxarın istehsalı, paylanılması və təchizatı ümumi sənaye istehsalının 5,4 faizini təşkil edib, su təchizatı, tullantıların təmizlənməsi və emalı isə 0,6 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti