...

"AtaBank" ASC bu il KSM sahəsində 15-ə yaxın tədbir keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2014 12:12 (UTC +04:00)
“AtaBank” ASC tərəfindən 2014-cü ilin 6 ayı ərzində KSM sahəsində 15-ə yaxın tədbir keçirilib.
"AtaBank" ASC  bu il KSM sahəsində 15-ə yaxın tədbir keçirib

Azərbaycan, Bakı, 22 iyul /Trend/

"AtaBank" ASC tərəfindən jurnalistlərə PR-tur keçirildi. Tədbirdə "AtaHolding" ASC Korporativ Kommunikasiya şöbəsinin rəisi Dilara Zamanova "AtaBank" ASC tərəfindən 2014-cü ilin 6 ayı ərzində Korporativ Sosial Məsuliyyət sahəsində görülən işlər haqqında geniş məlumat verdi.

Bankdan Trend-ə daxil olan məlumata görə, "AtaBank" ASC tərəfindən 2014-cü ilin 6 ayı ərzində KSM sahəsində keçirilən tədbirlərdən video süjetlər nümayiş edildi. Qeyd edildi ki, təkcə "AtaBank" ASC tərəfindən 2014-cü ilin 6 ayı ərzində KSM sahəsində 15-ə yaxın tədbir keçirilib.

"Ata Bank" ASC-nin İdarə Heyətinin üzvü və İcraçı Direktoru Elnur Osmanov bildirdi: "Biz KIV nümayəndələrini qarşıdan gələn 22 iyul-Milli Mətbuat Günü münasibəti ilə təbrik edirik. Onların bankın xidmətləri və yenilikləri barədə məlumatları ictimaiyyətin nəzərinə çatdırılmasında əvəzsiz rolu var. "Ata Bank" ASC gələcəkdə də jurnalistlərlə əlamətdar tarixləri qeyd edərək qeyri rəsmi görüşlər təşkil edəcək və yeni və müasir bank məhsulları haqda dolğun məlumatın əhalinin nəzərinə çatdırması və müştərilərin maliyyə biliklərinin artırılması məqsədi ilə əməkdaşlığı gücləndirəcək ".

Tədbirin sonunda iştirakçılara sertifikatlar və hədiyyələr təqdim edildi.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 25 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti