...

"Bank Melli Iran" Azərbaycanda filialının statusunu artırmaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Avqust 2014 11:05 (UTC +04:00)
Bank Melli Iran" özünün Bakı filialının statusunun törəmə bank qismində dəyişdirilməsilə bağlı Azərbaycan Mərkəzi Bankına (AMB) təkliflə müraciət edib .
"Bank Melli Iran" Azərbaycanda filialının statusunu artırmaq niyyətindədir

Azərbaycan, Bakı, 6 avqust/Trend, müxbir Təmkin Cəfərov/

"Bank Melli Iran" özünün Bakı filialının statusunun törəmə bank qismində dəyişdirilməsilə bağlı Azərbaycan Mərkəzi Bankına (AMB) təkliflə müraciət edib.

İran Mərkəzi Bankının Beynəlxalq əlaqələr departamentinin direktoru Hüseyn Yahqubi Miab çərşənbə günü Trend-ə deyib ki, AMB İran bankının ölkədə fəaliyyətini genişləndirməsinə ilkin razılığını ifadə edib və bu məsələni araşdıracağını vəd edib.

O bildirib: "Biz İran Mərkəzi Bankı kimi "Bank Melli Iran"ın təşəbbüsünü dəstəkləyirik və zərurət olarsa, onun kapitalının artırılmasına dəstək verməyə hazırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti