...

"ABB-Moskva"nın Sankt-Peterburq filialının depozit portfeli 80 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Avqust 2014 13:54 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə bankı olan "ABB-Moskva"nın Sankt-Peterburq filialının aktivləri son bir il ərzində 19,8% artaraq 2014-ci ilin I yarımilliyinin sonuna 5,4 mlrd. rubla çatıb.
"ABB-Moskva"nın Sankt-Peterburq filialının depozit portfeli 80 faiz artıb

Azərbaycan, Bakı, 8 avqust /Trend/

Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə bankı olan "ABB-Moskva"nın Sankt-Peterburq filialının aktivləri son bir il ərzində 19,8% artaraq 2014-ci ilin I yarımilliyinin sonuna 5,4 mlrd. rubla çatıb.

Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hesabat rübünün sonuna filialın kredit portfeli 3.9 mlrd. rubl təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 13,1% çoxdur. Faiz gəlirləri, 33,1% artaraq, 73,2 mln. rubl təşkil etmişdir.

Filialın depozit portfeli son bir ildə 79,6% artaraq 1.549 mln. rubl təşkil edib. İyulun 1-nə filialın 23 bankomatı və 149 POS-terminalı olub.

Qeyd edək ki, "ABB-Moskva"nın Sankt-Peterburq filialı 2003-cü ildə açılıb. Hazırda filialın şəhərdə 3 tam funksiyalı ofisi fəaliyyət göstərir. Bu ilin sentyabrında Sankt-Peterburqun Nevski rayonunda daha bir ofisin açılışı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti