...

Mərkəzi Bankın "Tədqiqat bülleteni"nin növbəti nömrəsi hazırlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Avqust 2014 15:46 (UTC +04:00)
Mərkəzi Bankın elektron nəşri olan rüblük “Tədqiqat bülleteni”nin 2014-cü il üzrə ikinci nömrəsi hazırlanmış və Mərkəzi Bankın internet səhifəsində yerləşdirilmişdir.
Mərkəzi Bankın "Tədqiqat bülleteni"nin növbəti nömrəsi hazırlanıb

Azərbaycan, Bakı, 14 avqust /Trend/

Mərkəzi Bankın elektron nəşri olan rüblük "Tədqiqat bülleteni"nin 2014-cü il üzrə ikinci nömrəsi hazırlanmış və Mərkəzi Bankın internet səhifəsində yerləşdirilmişdir.

Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, bülletendə II rübdə dünya iqtisadiyyatında baş verən iqtisadi proseslərin icmalı verilmiş, qlobal bazarlarda vəziyyət və aparılan iqtisadi siyasətlər əks olunmuşdur.

Burada həmçinin Mərkəzi Avropa ölkələrinin mərkəzi banklarında inflyasiya üzrə proqnozlaşdırma təcrübəsi, inkişaf iqtisadiyyatı və qlobal maliyyə sistemi üzrə son tədqiqatların nəticələri verilmişdir.
Bülletenin budəfəki sayına yeni maliyyə savadlığı bölməsi də daxil edilmişdir. Bu bölmədə maliyyə savadlığının əhəmiyyəti təhlil edilmişdir. Bülletenin növbəti saylarında maliyyə savadlığına dair digər ölkələrin təcrübələrindən nümunələrin verilməsi nəzərdə tutulur.

Bülletenin fundamental tədqiqatlar bölməsində isə Mərkəzi Bankda aparılan son tədqiqat işləri haqqında məlumat verilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti