Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir Emil İsmayılov/
"Azərbaycan Hava Yolları" QSC (AZAL) cari ilin sonunadək iki "Boeing Dreamliner" təyyarəsi alacaq. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalustlərə AZAL-ın sədr müavini Sabir İlyasov deyib.
Onun sözlərinə görə, hazırda yeni təyyarələrin alınması prosesinin maliyyələşdirilməsi ilə bağlı bütün məsələlər həll olunur: "Bu da prosesin uzunmüddətli kreditlər hesabına rəsmiləşdirilməsi ilə əlaqədardır".
S.İlyasov qeyd edib: "Prinsipcə, təyyarələr artıq hazırdır və yaxın vaxtlarda onları əldə edəcəyik".
O əlavə edib ki, təyyarələr ölkəyə bir aylıq məsafə ilə növbə ilə çatdırılacaq.