...

"Paşa Bank" kiçik və orta biznesə xidmət göstərən 4-cü biznes-mərkəzi açdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Oktyabr 2014 15:56 (UTC +04:00)
"Paşa Bank" ASC-nin yeni biznes-mərkəzi açılıb.
"Paşa Bank" kiçik və orta biznesə xidmət göstərən 4-cü biznes-mərkəzi açdı

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

"Paşa Bank" ASC-nin yeni biznes-mərkəzi açılıb.

Bankdan Trend-ə verilən məlumaat görə, biznes-mərkəzin fəaliyyəti kiçik və orta biznes nümayəndələri ilə işə yönəldilib.

"Paşa Bank"ın yeni bölmələrində biznes-bankinqin fərqləndirici xüsusiyyəti təkcə sərfəli şərtlərlə, minimum tələb olunan sənədlər paketi əsasında və onların baxılmasına minimum vaxt sərf etməklə geniş spektrli maliyyə məhsullarının təqdim edilməsindən ibarət deyil. Bununla bərabər, kiçik biznes nümayəndələrinə iri korporativ müştərilərə göstərdiyi səviyyədə yüksək xidmət və fərdi yanaşma təqdim olunur.

Bankın yeni bölməsi Nəsimi rayonu, Hüseyn Seidzadə küç., 16b ünvanında yerləşir.

"Paşa Bank" Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş bank geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və 9 filial ilə təmsil olunan "Paşa Bank"da 307 əməkdaş çalışır. "Europe Banking Awards" 2011, 2012, 2013 çərçivəsində bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunub, 2013-cü ildə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülüb.

"Paşa Bank" Azərbaycanın iri investisiya holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm, eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti