...

"Kapital Bank" sosial şəbəkədə yüz mininci fanını mükafatlandıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2014 13:39 (UTC +04:00)
"Kapital Bank"ın "Facebook" sosial şəbəkəsindəki fanlarının sayı 100000 olub.
"Kapital Bank" sosial şəbəkədə yüz mininci fanını mükafatlandıracaq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

"Kapital Bank"ın "Facebook" sosial şəbəkəsindəki fanlarının sayı 100000 olub.

Trend-in məlumatına görə, bankın bu münasibətlə yaydığı press-relizdə deyilir:

"Dostlar! Sizinlə bu gün paylaşacağımız xəbər elə sizin özünüzlə bağlıdır. Facebook səhifəmiz çox qısa müddətdə artıq 100000 nəfər tərəfindən bəyənilib. 2014-cü ilin əvvəlindən etibarən sizin üçün keçirdiyimiz aksiyalar, hazırladığımız yeni məhsullar və müxtəlif müsabiqələrlə qarşınıza çıxdıq. "Mosfilm həftəsi", "140 Arzu", "Breyn-Rinq" yarışları, müəllim, həkim və hərbçilər üçün müxtəlif aksiyalar, əmanətçilərimizin mükafatlandırılması yeni komandamızın sizlərə təqdim etdiyi ilk sürprizlər idi. Amma bu, hələ başlanğıcdır.

Geridə qalan 10 ayda Facebook fanlarımızın sayı 100000-ə çatdı. Socialbakers şirkətinin təqdim etdiyi statistikaya əsasən, bu, Azərbaycan bankları arasında ən sürətli artım tempidir. Eyni zamanda "Facebook" vasitəsilə daxil olan müraciətlərinizin operativ cavablandırılması üzrə də son ayların lideri olduq. Socialbakers şirkətinin hazırladığı hesabatlarda 1 dəfə 1-ci, 1 dəfə 3-cü olmaqla dəfələrlə adımız hallandı. Təbii ki bunların hər biri siz-fanlarımızın sayəsində...

Biz də sizin sadiqliyinizə biganə qalmadıq və 100000-ci fanımızı mükafatlandırmağa qərar verdik. Beləliklə, Kapital Bank Facebook səhifəsinin 100000-ci fanı bizdən dəyərli hədiyyə əldə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti