...

Haydrun Tempel: Qarşılıqlı investisiyaların inkişafı üçün böyük potensial var (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2014 17:31 (UTC +04:00)
Almaniya Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə maraq göstərir. Trend xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Haydrun Tempel cümə günü Bakıda "Azərbaycan Respublikasında biznes sahəsində idarəetmə kadrlarının hazırlanması: Azərbaycan-Almaniya əməkdaşlığı" mövzusunda keçirilən II Beynəlxalq forumda deyib.
Haydrun Tempel: Qarşılıqlı investisiyaların inkişafı üçün böyük potensial var (FOTO)

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir Azad Həsənli/

Almaniya Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə maraq göstərir. Trend xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Haydrun Tempel cümə günü Bakıda "Azərbaycan Respublikasında biznes sahəsində idarəetmə kadrlarının hazırlanması: Azərbaycan-Almaniya əməkdaşlığı" mövzusunda keçirilən II Beynəlxalq forumda deyib.

Onun sözlərinə görə, Azərbaycan Almaniyaya enerjidaşıyıcıların ən iri tədarükçülərindən biridir.

Qeyd edək ki, Azərbaycan Almaniyaya enerji daşıyıcılarının tədarükçüləri arasında 2013-cü ildə 2,2 milyard avro dəyərində 3,7 milyon barel neft ixrac etməklə 7-ci yeri tutur.

Səfir bildirib ki, hər iki ölkə müxtəlif, o cümlədən tikinti, səhiyyə, turizm, kompüter texnologiyaları və digər sahələrdə fəal əməkdaşlıq edir.

Xanım H.Tempelin sözlərinə görə, ölkələr arasında əmtəə dövriyyəsi kifayət qədər yaxşı səviyyədədir, lakin qarşılıqlı investisiyaların həcmi daha yaxşı ola bilər: "Bu sahədə inkişaf üçün böyük potensial var".

Öz növbəsində, Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov qeyd edib ki, beş il ərzində ixtisasartırma kursları proqramı çərçivəsində Almaniyaya müxtəlif sahələrdə çalışan 220 аzərbaycanlı sahibkar, menecer göndərilib.

Onun sözlərinə görə, proqramın iştirakçılarının 20 faizə qədəri qadınlar, 90 faizdən çoxu isə gənc sahibkarlardır.

A.Fərruxov məlumat verib ki, beş il ərzində proqram çərçivəsində həm Almaniyada, həm Azərbaycanda, eləcə də ölkənin regionlarında 50-dək tədbir keçirilib.

Bakı Biznes Tədris Mərkəzinin direktoru əlavə edib ki, proqramın iştirakçıları, əsasən, iqtisadiyyatın real sektorunu təmsil edirlər: "Ona görə də proqramın ölkənin qeyri-neft sektorunun inkişafına töhfə verdiyini də söyləmək olar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti