Azərbaycan, Bakı, 1 dekabr /Trend/
Azərbaycanın bank sisteminin gələcək artımını yalnız mövcud iqtisadi modelin dəyişməsi təmin edə bilər. Bakı Banklararası Valyuta Birjasının (BBVB) rəhbəri Fərhad Əmirbəyov belə hesab edir.
Ölkə iqtisadiyyatının fəaliyyətdə olan modeli xammal monokultur və ixracyönümlüdür.
2013-cü ilin nəticələrinə əsasən, sənaye istehsalının sahə strukturunda hasilat sənayesinin payı 74 faiz təşkil edib. Buna baxmayaraq, son illər ərzində neft sektoru ölkənin iqtisadi inkişafında motor rolunu oynamır. "Əhalinin istehlak kreditləşməsinin artım templərinin güclü tormozlanması müşahidə edilir, eyni zamanda, "pis borcların" artım tempi 22 faiz (2014-cü ilin sentyabrında 2013-cü ilin sentyabrına qarşı) təşkil edib, halbuki, 2013-cü ildə bu göstərici 5,9%, 2012-ci ildə 18%, 2011-ci ildə 28,5% olub. Bu, ondan xəbər verir ki, Azərbaycanın bank sistemi hazırkı iqtisadi modelin imkanlarından tam istifadə edib və artımın davam etdirilməsi yalnız digər model çərçivəsində mümkündür", - Əmirbəyov Trend-ə deyib.
Onun fikrincə, maliyyə sektorunun inkişafına yeni impulsu ölkənin sənayeləşdirilməsində iştirak verə bilər. Sənayeləşmənin inkişafı ilə bank sisteminin ixtisaslaşması da artacaq. Sənayeçilərə cəlbedici investisiya resursları təklif edə biləcək və layihə maliyyələşdirməsi səriştəsinə malik banklar bazarda öz paylarını əhəmiyyətli dərəcədə artıra biləcəklər.
Ekspert qeyd edib ki, konsolidasiya vasitəsilə iriləşmə ssenarilərdən yalnız biridir. Digərləri ayrılma, dezinteqrasiya da ola bilər. Bu, biznesə az sayda xidmət və məhsullarda ixtisaslaşmaqla yeni səmtlərə yönəlmək imkanı verir.
Onun fikrincə, bank sistemi və ümumilikdə maliyyə sektoru özünəyetərli iqtisadi həcmdə deyil. "İqtisadiyyat nəzəri cəhətdən üç və ya dörd kateqoriyaya bölünür. Birincisi aqrar sektordur. İkinci kateqoriya çox vaxt aqrar sahəyə əsaslanan sənaye sektorudur. Bir çox ölkələrdə sənaye aqrar sektordan daha zəifdir, bu da inkişafın dayanmasına gətirib çıxarır. Misal üçün, ABŞ-da aqrar sahə ÜDM-in cəmi 2, Rusiyada təxminən 5, Azərbaycanda isə 5,3 faizini tutur. Yalnız bundan sonra iqtisadiyyatda üçüncü kateqoriya - maliyyə sektoru gəlir. İqtisadçılar arasında derivativlərin (müddətli bazar alətləri) dördüncü kateqoriyaya aid edilib-edilməməsinə dair mübahisə gedir", - Əmirbəyov deyib.
Beləliklə, onun sözlərinə görə, aqrar sektorun və sənayenin ardıcıl inkişafı maliyyə institutlarının artımı üçün dayanıqlı fundament yaradır. Bununla yanaşı, Əmirbəyov bildirib ki, maliyyə sektoru tamamilə ilk ikisindən asılıdır: "Bizim bank sektorumuz hazırkı iqtisadi modellə artıq bütün mümkün inkişaf resurslarından istifadə edib. Bundan sonra o, yalnız iqtisadi modelin dəyişməsi ilə böyüyə bilər. İqtisadiyyat yalnız xammal olmamalıdır", - Əmirbəyov deyib.
Hazırkı modelin birtərəfliliyi nəyə gətirib çıxarır? Ona gətirir ki, misal üçün, ölkə ÜDM-də 40 faizlik paya malik hasilat sənayesi praktiki olaraq bütovlükdə xaricdə fondlaşdırılır və yerli maliyyə institutlarına az ehtiyac duyur. Sözügedən sahənin generasiya etdiyi izafi məhsulun bir hissəsi xarici maliyyə təşkilatlarının gəliridir, Azərbaycan banklarının deyil. Bu vəziyyətin dəyişməsi üçün milli valyutada verilən kreditlər əhəmiyyətli dərəcədə ucuz olmalıdır. Hazırda isə kreditlər olduqca bahadır", - ekspert qeyd edib.
Onun sözlərinə görə, ümumiyyətlə, bank sektoru iqtisadiyyatda baş verən proseslərdən asılıdır. "İqtisadiyyatın strukturunun sadəliyi səbəbindən bank məhsullarının bir çox növünə tələbat ya yoxdur, ya da nəzərəçarpan deyil. Sənayeləşdirmə iqtisadi münasibətləri çətinləşdirəcək ki, bu da maliyyə alətlərinə və məhsullarına yüksək tələbat yaranmasına kömək edir. Bu proses Eşbinin empirik qanununa tabedir. Sənayeləşdirmə hər şeydən əvvəl regional əməkdaşlıq olmaqla, beynəlxalq əmək bölgüsü çərçivəsində inteqrasiyanın başqa keyfiyyətini tələb edir", - Əmirbəyov bildirib.
Azərbaycanda ikisində dövlətin payı olmaqla, 44 bank fəaliyyət göstərir.