Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir Azad Həsənli/
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Atəşgah Həyat" ASC-nin 6,5 milyon manat dəyərində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
Trend-in QKDK-ya istinadən verdiyi məlumata görə, hər birinin nominal dəyəri 4 min manat olan min ədəd səhmdən ibarət emissiyanın yerləşdirilməsi hər birinin nominal dəyəri 6 500 manat olan eyni miqdarda səhmə konvertasiya yolu ilə aparılacaq.
Emissiyanın yerləşdirilməsi nəticəsində sığorta şirkətinin nizamnamə kapitalı 4 milyon manatdan 6,5 milyon manatadək artırılacaq.