...

"Global Finance" jurnalı AccessBank-ı ən yaxşı bank elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2015 14:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart /Trend/

"Global Finance" jurnalı 2015-ci ilin mükafatlandırma mərasimində "AccessBank"ı Azərbaycanın ən yaxşı bankı kimi tanıyıb.

Bankdan Trend-ə verilən məlumata görə, Global Finance jurnalı 2015-ci ilin mükafatlandırma mərasimində "AccessBank"ı "Asiya-Sakit okean regionu üzrə inkişaf edən bazarların ən yaxşı bankı" nominasiyasında "Azərbaycanın ən yaxşı bankı" adına layiq görüb.

Bank sektoru üzrə analitiklərin, korporasiya rəhbərlərinin və bank məsləhətçilərinin köməyi ilə jurnalın redaktorları, regionun inkişaf edən bazarının 25 ölkəsi arasında ən yaxşı bankı seçiblər. Qalibin seçim meyarları aktivlərin artımına, strateji əlaqələrin mövcudluğuna, müştəri xidmətlərinin yüksək keyfiyyətinə, qiymətlərin rəqabət qabiliyyətinə və innovativ məhsulların qiymətləndirilməsinə əsaslanıb.

"AccessBank"ın İdarə Heyətinin sədri Michael Hoffmann bu təltifatı alqışlayaraq bildirib: "Global Finance kimi nüfuzlu bir təşkilat tərəfindən edilən bu təltifat hər gün öz müştərilərinə yüksək keyfiyyətli bank xidmətləri və məhsulları təqdim etməyə çalışan AccessBank mütəxəssislərinin səyini və uğurlu fəaliyyətini əks etdirir".

"Yeni tənzimləyici perspektivlər və dəyişkən şərait səbəbindən bütün dünyada bank bazarları əhəmiyyətli dərəcədə dəyişir. Bazarın bəzi qlobal iştirakçılarının öz əhatə zonasını və məhsul çeşidlərini azaltdığı bir vaxtda bəzi regional və yerli iştirakçılar öz daxili bazarlarını genişləndirirlər" - deyə "Global Finance" jurnalının naşiri və baş redaktoru Cozef D. Ciaraputo bildirib. "Biz fəaliyyət göstərdiyi bazarlara böyük töhfə verən və həmin bazarlardakı müştərilərin səciyyəvi ehtiyaclarını anlayan bankları mükafatlandırırıq".

Artıq 22-ci ildir ki, "Global Finance" jurnalı inkişaf edən bazarlarda ən yaxşı bank iştirakçılarını seçir. Onun hesabatları Latın Amerikasının, Mərkəzi və Qərbi Avropanın, Asiya və Sakit okean regionlarının, eləcə də Yaxın Şərqin və Afrikanın ən yaxşı banklarını seçir.

"Global Finance" jurnalı beynəlxalq maliyyə sektorunun materiallarını dərc etdirir. Buraya korporativ maliyyələşdirmə, birgə müəssisələr haqqında yeniliklər, ölkənin profilləri və s. mövzular daxildir. Həmçinin, jurnal il ərzində maliyyə institutlarının və şirkətlərin təltifatı üzrə bir neçə mərasim həyata keçirir. Ən böyük mərasim Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının hər il keçirilən görüşü zamanı təşkil olunur.

"AccessBank" 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb.

"AccessBank" mikro, kiçik və orta ölçülü bisneslərin maliyyələşdirilməsi ilə məşğuldur. Azərbaycanda geniş filial şəbəkəsinə malik olan Bankda 2000-dən artıq əməkdaş çalışır. FitchRatings agentliyi AceessBank-ı Azərbaycan bankları arasında ən yüksək kredit reytingi hesab edilən BBB- dərəcəsi ilə qiymətləndirib.

Daha ətraflı məlumat almaq üçün Nigar Məmmədova ilə əlaqə saxlaya bilərsiniz: (99412) 490 80 10 və ya [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti