Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir Maksim Tsurkov/
"Azərbaycan Hava Yolları" QSC (AZAL) yeni "Boeing 787 Dreamliner" təyyarəsinin Rusiyaya ilk uçuşunu həyata keçirib. Bu barədə Trend Rusiya Aviasiya Sığortaçıları Birliyinə istinadən məlumat verir.
Məlumata görə, MDB-də ilk "Boeing 787 Dreamliner" təyyarəsi Bakı-Moskva marşrutu üzrə ilk uçuşunu həyata keçirib və "Domodedovo" aeroportuna enib: "AZAL "Domodedovo" aeroportundan Bakı-Moskva-Bakı marşrutu üzrə 2015-ci il mayın 1-dən 4 gündəlik reys və 2 reys açacaq. Reyslər cümə axşamından bazar günlərinədək həyata keçiriləcək".
Qeyd edək ki, AZAL 2003-cü ildən "Domodedovo" aeroportunun tərəfdaşıdır. Bu müddət ərzində aviaşirkət təqribən 2,3 milyon sərnişin daşıyıb. Aeroportun xidmətlərindən hər gün AZAL-ın orta hesabla 527 müştərisi istifadə edir.