...

Avtonəqliyyat vasitələrinin icbari sığortası üzrə müqavilələrin sayı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2015 05:21 (UTC +04:00)
2015-ci ilin aprel ayında Azərbaycanda avtonəqliyyat vasitələrinin icbari sığortası üzrə 106,218 müqavilə bağlanıb.
Avtonəqliyyat vasitələrinin icbari sığortası üzrə müqavilələrin sayı artıb

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir Azad Həsənli/

2015-ci ilin aprel ayında Azərbaycanda avtonəqliyyat vasitələrinin icbari sığortası üzrə 106,218 müqavilə bağlanıb.

Azərbaycan İcbari Sığorta Bürosuna istinadən məlumat verir ki, bunların 14,310-u xarici ölkədə qeydiyyata alınıb və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib.

Göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 7,9 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 12%, sığorta haqlarının məbləğində isə 17% artım müşahidə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti