...

BVF: Azərbaycan bu il büdcənin qeyri-neft defisitini azaltmağı davam etdirməlidir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2015 15:38 (UTC +04:00)
Fiskal zəifliyin azalması Azərbaycanın qeyri-neft sektrorunun güclənməsi üçün açardır.
BVF: Azərbaycan bu il büdcənin qeyri-neft defisitini azaltmağı davam etdirməlidir

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir Azad Həsənli/

Fiskal zəifliyin azalması Azərbaycanın qeyri-neft sektrorunun güclənməsi üçün açardır. Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya üzrə Departamentinin müşaviri, Azərbaycan üzrə missiyanın rəhbəri Raca Almarzoqi "The Business Year" jurnalına müsahibəsində deyib.

Onun sözlərinə əsasən, neft qiymətlərinin tez-tez dəyişməsi fonunda qeyri-neft sektorunun gələcəkdə genişləndirilməsi sabit artımın təmin edilməsi və adekvat məşğulluğun yaradılması üçün lazımdır: "Biz Azərbaycan hökumətinin ötən il maliyyə sabitliyinin təmin edilməsi baxımından nail olduğu tərəqqini alqışlayırıq və ölkə hökumətini 2015-ci ildə dövlət büdcəsinin qeyri-neft defisitinin azalmasını davam etdirməyə çağırırıq".

R.Almarzoqi qeyd edib ki, yeni şərait (neftin qiymətinin ucuzlaşması) biznes mühitdə və dövlət idarəçiliyində islahatların zəruriliyini də artırır: "İqtisadiyyatın şaxələndirilməsinə kömək edə biləcək vasitələrdən biri biznes mühitin yaxşılaşdırılmasıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti