...

Bakıda binalarda qaz verilişini dayandıran avtomatik sistemlər quraşdırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2015 10:41 (UTC +04:00)
Bakının qazlaşdırılan bütün təyinatlı binalarında təhlükəsizliyin təmin edilməsi məqsədilə qaz verilişini dayandıran qurğular və avtomatik sistemlər quraşdırılmalıdır.
Bakıda binalarda qaz verilişini dayandıran avtomatik sistemlər quraşdırılacaq

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir Azad Həsənli/

Bakının qazlaşdırılan bütün təyinatlı binalarında təhlükəsizliyin təmin edilməsi məqsədilə qaz verilişini dayandıran qurğular və avtomatik sistemlər quraşdırılmalıdır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin iyunun 9-da keçirilmiş Kollegiya iclasının qərarına əsasən "Qaz təchizatı. Layihələndirmə normaları" normativ sənədinin tələblərinin təkmilləşdirilməsi məqsədilə qeyd olunan normativ sənədinə təsdiq edilib.

Trend-in məlumatına əsasən, bu barədə Dövlət Komitəsinin rəsmi saytında dərc olunan xəbərdə deyilir.

Daxili qaz kəmərlərində qazın təzyiqi 0,0025 MPa-dan çox olduğu hallarda qaz işlədən avadanlıq qarşısında qazın optimal yanmasını təmin edən tənzimləyici-sabitləşdiricilər quraşdırılmalıdır.

Dəyişikliklərə əsasən, yeni qazlaşdırılan yaşayış binalarının mənzillərində qazın verilməsini dayandıran təhlükəsizlik qurğusu ilə təchiz olunmuş qaz cihazlarından istifadə edilməlidir.

Bundan başqa, qazlaşdırılan bütün təyinatlı binaların mənzillərində havanın qazla çirklənmə həddi qaz-hava qarışığının alışmasının minimum həddinin 10 faizə çatdıqda işə düşən siqnal vericilər quraşdırılmalıdır.

Bundan başqa, bu cihazların quraşdırılması və təmirini yalnız həmin işlərin görülməsi üzrə lisenziyası olan ixtisaslaşdırılmış təşkilatlar tərəfindən həyata keçirilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti