...

Yaponiya TRACECA ilə mümkün əməkdaşlıq yollarını axtarır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2015 16:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir Azad Həsənli/

Yaponiya TRACECA ilə mümkün əməkdaşlıq yollarını axtarır. Trend-in məlumatına əsasən, bunu TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Mirçea Çiopraqa ilə görüşdə Yaponiyanın Azərbaycandakı səfirliyinin attaşesi Toşihiro Kataqiri və birinci katibi Takao İmanişi deyib.

Hökumətlərarası Komissiyanın məlumatında deyilir ki, Yaponiya səfirliyinin nümayəndələri TRACECA çərçivəsində həyata keçirilən tədbirlərdə, həmçinin üzv ölkələrlə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

Müzakirələr zamanı cari və icra olunmuş texniki yardım layihələri, həmçinin avtomobil, dəniz, hava nəqliyyatı təhlükəsizliyi sahəsində investisiya layihələri ilə bağlı məsələlərə toxunulub.

TRACECA-nın baş katibi görüş iştirakçıları ilə Yaponiya, eləcə də müxtəlif maraqlı tərəflər və beynəlxalq strukturlarla əməkdaşlıq barədə fikirlərini bölüşüb.

Tərəflər müzakirəni davam etdirmək və mümkün əməkdaşlıq yolları tapmaqla bağlı razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti