...

Ekspert: Dövlət başçısının ipoteka ilə bağlı tapşırığı əmlak bazarına impuls verdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2015 15:46
Onun sözlərinə görə, sözügedən vəsait hələ bazara daxil olmayıb.
Ekspert: Dövlət başçısının ipoteka ilə bağlı tapşırığı əmlak bazarına impuls verdi

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir Elmir Murad/

"İyulun 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti İlham Əliyevin dövlət büdcəsindən İpoteka Fonduna əlavə olaraq 200 milyon manat vəsaitin ayrılması ilə bağlı göstərişi əmlak bazarına impuls verib".

Bunu Trend-ə açıqlmasında iqtisadçı-ekspert Samir Əliyev deyib.

Onun sözlərinə görə, sözügedən vəsait hələ bazara daxil olmayıb.

Əmlak bazarındakı durğunluğa toxunan ekspert bildirib ki, bu durğunluq əslində ötən ilin sonlarından başlayıb və hələ davam edir: "Bu, əslində gözlənilən idi, çünki əmlak bazarı neftin qiyməti ilə həmişə əlaqəli olub. Yəni neft bahalaşanda dünyada əmlak bazarında qiymətlər də bahalaşır və yaxud da əksinə. 2009-cu ildə biz bunu gördük: böhran zamanı qiymətlər düşdü. Bunu indi də müşahidə edirik".

S.Əliyev devalvasiyanın da əmlak bazarına təsirini istisna etmir. Ekspert hesab edir ki, manatın ucuzlaşması əmlak bazarındakı durğunluğu daha da artırdı: "Bu gün alış baxımından bazar demək olar ki, sönüb. Bu devalvasiyanın özü də bazara ümumiyyətlə öldürücü təsir göstərdi. Əslində keçən ildən də gözlənilirdi ki, daşınmaz əmlak getdikcə cəlbediciliyini azaldacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti