...

Arıçıların nəzərinə

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Sentyabr 2015 16:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

2015-ci il oktyabrın 10-dan 30-dək Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhəri, Nizami küçəsi, 92 ünvanında (köhnə dəyirmanın yaxınlığında) arıçılıq məhsullarının sərgi-satış yarmarkası keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yarmarkada iştirak etmək istəyən arıçılar elan dərc olunan tarixdən etibarən qurumun "1652" nömrəli Çağrı mərkəzinə (stasionar nömrələrdən zəng pulsuzdur) müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Yarmarka ilə bağlı daha ətraflı məlumat nazirliyin www.agro.gov.az saytında yerləşdirilib. Maraqlananlar əlavə məlumat əldə etmək üçün (012) 4936319 və 4935164 nömrəli telefonlara da zəng edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti