...

Tovuzda tonlarla xurma alıcısını gözləyir, məhsul satılmır

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Sentyabr 2015 16:20 (UTC +04:00)
Qərb bölgəsində xurma ticarəti ilə məşğul olan sahibkarlar çıxılmaz vəziyyətdədirlər.
Tovuzda tonlarla xurma alıcısını gözləyir, məhsul satılmır

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

Qərb bölgəsində xurma ticarəti ilə məşğul olan sahibkarlar çıxılmaz vəziyyətdədirlər.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, əsasən, Rusiya bazarına çıxarılan meyvə rublun ucuzlaşmasından sonra öz alıcısını itirib.

Yüksək məhsuldarlığı ilə seçilən şərq xurması ötən il baha satıldığından fermerlərin üzünü güldürmüşdü. Məhsulun bir 1 yeşiyini 5-7 manata təklif edən kəndlilər bu il yetişdirdikləri xurmaya alıcı tapa bilmirlər.

Yerli bazarda tələbatı yüksək olmayan xurma Rusiya bazarlarına aparılmazsa, kəndlilərə maddi cəhətdən xeyli ziyan dəyəcək.

Qeyd edək ki, Tovuzda 200 hektardan çox xurma bağı mövcuddur. Əsasən, rayonda xurmanın şişburun, yastı və korolyok növləri yetişdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti