...

“AtaBank” ASC bankomatlarının sayını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Oktyabr 2015 13:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

"AtaBank" ASC bankomatlarının sayını artırır.

Bankdan TRend-ə verilən məlumata görə, "AtaBank" ASC müştərilərin rahatlığı üçün Bakı şəhərində, Zərdabi küçəsi 183 ünvanında yerləşən "Baku Mall" ticarət mərkəzinin daxilində və İsmayıllı şəhərində, H.Əliyev pr. 49 ünvanında yerləşən Rayon Bələdiyyəsinin inzibati binasında yeni tipli bankomatlar quraşdırıb.

Hazırda bankın fəaliyyət göstərən ATM-lərinin sayı 86 ədəd təşkil edir. Onlardan 3-ü səyyar bankomatlar olan "AtaMatik" Şəmkir, Qazax, Tovuz, İsmayıllı, Mingəçevir və Gədəbəy rayonlarının ucqar kəndlərində müştərilərin xidmətindədir.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank olmaqdadır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

"AtaBank" ASC-nın bankomatları siyahısı online xəritədə izliyə bilərsiniz: http://www.atabank.com/?sid=420

Bank xidmətləri barədə ətraflı məlumat üçün 136 Məlumat Mərkəzinə zəng edə, www.atabank.com saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/atabank daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti