...

Azərbaycan və Özbəkistan avtomobil daşımaları üzrə razılığa gəlirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2015 17:16 (UTC +04:00)
Daşkənddə beynəlxalq avtomobil daşımalarına icazələrin mübadiləsi və digər məsələlərlə bağlı Azərbaycan-Özbəkistan arasında saziş layihəsi müzakirə olunub.
Azərbaycan və Özbəkistan avtomobil daşımaları üzrə razılığa gəlirlər

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir Elmir Murad/

Daşkənddə beynəlxalq avtomobil daşımalarına icazələrin mübadiləsi və digər məsələlərlə bağlı Azərbaycan-Özbəkistan arasında saziş layihəsi müzakirə olunub.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, iclasda Özbəkistanın Avtomobil və Çay Nəqliyyatı Agentliyinin rəis müavini Şaalim Şavaxabov və Azərbaycan Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev iştirak ediblər.

Görüşdə beynəlxalq avtomobil daşımaları sahəsində Özbəkistan və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın əhəmiyyəti, avtomobil nəqliyyatı sahəsində iki ölkə arasında qanunvericilik və normativ huquqi aktlar haqqında informasıya mübadiləsinin vacibliyi və qarşılıqlı tərəfdaşlığın inkişafından danışılıb.

2013-cü illə müqayisədə Özbəkistan və Azərbaycan arasında avtomobil nəqliyyatı ilə yükdaşıma həcminin 2015-ci ildə daha çox artımı qeydə alınıb. Həmçinin beynəlxalq avtomobil daşımaları sahəsində ikitərəfli əməkdaşlığın cari vəziyyətinin gələcək inkişaf üçün böyük potensiala malik olması fikri də vurğulanıb.

Tərəflər beynəlxalq avtomobil daşımaları üzrə iki ölkənin hökumətləri arasında saziş layihəsinin yekun variantı barədə razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti