...

Azərbaycan dəmir yolunun tikintisi üçün vəsait tapmaqda İrana kömək edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2015 14:29 (UTC +04:00)
Azərbaycan və İran 153 kilometr uzunluğunda Rəşt-Astara dəmir yolunun tikintisi üçün maliyyələşdirmənin birgə axtarışı barədə razılığa gəliblər.
Azərbaycan dəmir yolunun tikintisi üçün vəsait tapmaqda İrana kömək edəcək

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir Ənvər Məmmədov/

Azərbaycan və İran 153 kilometr uzunluğunda Rəşt-Astara dəmir yolunun tikintisi üçün maliyyələşdirmənin birgə axtarışı barədə razılığa gəliblər. Trend-in məlumatına görə, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, bu yolun layihəsi hələ yoxdur: "İran tərəfi onun tikintisini planlaşdırıb və bu məqsədlər üçün maliyyələşdirmənin birgə axtarışı barədə razılığa gəlmişik".

C. Qurbanov qeyd edib ki, "Şimal-Cənub" layihəsinin reallaşdırılması çərçivəsində, ilk növbədə Azərbaycan və İranın dəmir yollarını birləşdirmək planlaşdırılır: "İlkin mərhələdə Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətinin və sərhəd körpünün birgə tikintisi planlaşdırılıb. Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətinin İran sahəsinin uzunluğu 2 kilometrdir, müqaviləyə uyğun olaraq, onun tikintisilə İran tərəfi məşğul olacaq. Yolun Azərbaycan hissəsisinin uzunluğu 8 kilometrdən uzundur və onun tikintisilə bizim tərəf məşğul olacaq. Həmçinin, 100 metr uzunluğunda dəmir yolu körpüsünün tikintisi planlaşdırlır. Biz artıq körpünün tikinti ərazisini müəyyənləşdirmişik və xüsusi nişanlanma işlərini aparmışıq".

QSC sədri əlavə edib ki, bu layihə Azərbaycana böyük gəlirlər gətirə bilər, buna görə də onun reallaşdırılması əsas prioritetlərdən biridir: "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi haqsız olaraq uzun müddət diqqətdən kənarda qalmışdı. Bu dəhliz İran, Əfqanıstan və Fars körfəzi ölkələrini Azərbaycan vasitəsilə Avropa ilə birləşdirməyə və ölkəmizin gəlirlərinin xeyli artırmağa imkan verəcək. Buna görə də bu marşrutu inkişaf etdirmək çox vacibdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti