Azərbaycan, Bakı, 16 oktyabr /Trend/
"AtaBank" ASC-nin 10 mart 2015-ci il tarixindən start verdiyi "KartoManiya" ani stimullaşdırıcı lotereya kampaniyasında növbəti 500 manatlıq uduş "Yevlax" filialında qazanılıb.
Bankdan Trend-ə verilən məlumata görə, kampaniyada iştirak edən Mingəçevir şəhərinin sakini İsmayılov Çingiz apardığı nağdsız əməliyyat vasitəsilə 16 lotereya kuponu almış və lotereya kuponlarından biri ona 500 manat məbləğində uduş gətirmişdir. Bundan başqa Bankın "Monolit", "Gənclik", "Nizami", "Şəmkir", "Lənkəran", "Yevlax", "Paytaxt" və "Bakı" filiallarında keçirilmiş uduş kampaniyasında iştirak edən lotereya kuponları sahibləri müxtəlif məbləğdə pul mükafatları qazanaraq qalib olublar.
Keçən ildən fərqli olaraq "AtaBank" ASC kartları ilə ödəniş edən və çekləri təqdim edən kart sahiblərinə hər 10 manatlıq çek üçün bir kupon təqdim edilir. Digər bankların kartları ilə ödəniş edənlər isə əvvəl olduğu kimi bu il də 20 manatlıq alış-veriş çekinə görə bir kupon əldə edilər.
Qeyd edək ki, kampaniyada maksimal məbləği 1000 manat olmaqla minlərlə uduşlar vardır. Əlavə edək ki, kampaniyanın keçirilməsində məqsəd ölkədə nağdsız ödənişlərin stimullaşdırılması sahəsində aparılan tədbirləri sürətləndirməkdir. Hazırda "AtaBank" ASC-nin POS-terminallarının sayı 18 000-dən artıqdır.
Ani stimullaşdırıcı lotereyanın şərtləri və qaliblər haqqında məlumatlar mütəmadi olaraq www.atabank.com internet səhifəsində, sosial şəbəkələrdə (http://www.facebook.com/atabank, https://twitter.com/AtaBank_ASC, http://instagram.com/atabank_asc/ ) və kütləvi informasiya vasitələrində işiqlandırılır.