...

“FINCA Azerbaijan” filiallarının sayını azaldır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Noyabr 2015 11:11 (UTC +04:00)
“FINCA Azerbaijan” bank olmayan kredit təşkilatı Azərbaycanda fəaliyyət göstərən filiallarından birini bağlayır.
“FINCA Azerbaijan” filiallarının sayını azaldır

Bakı. Elmir Murad - Trend:

"FINCA Azerbaijan" bank olmayan kredit təşkilatı Azərbaycanda fəaliyyət göstərən filiallarından birini bağlayır.

Bunu Trend-ə təşkilatdan bildiriblər. Kredit təşkilatından verilən məlumata görə, bank olmayan kredit təşkilatı optimallaşdırma siyasəti çərçivəsində Sumqayıtdakı iki filialından birini bağlaya bilər: "Sumqayıtda iki filial fəaliyyət göstərir. Təşkilat rəhbərliyi hazırda Sumqayıt şəhərində iki fililalın fəaliyyət göstərməsinə ehtiyac görmür".

Bununla yanaşı, "FINCA Azerbaijan" Xırdalanda yerləşən Abşeron rayon filialında da işçilərin ixtisarına başlayıb. Artıq filialın 25-ə yaxın əməkdaşı ixtisar olunub. Filialın bağlanıb-bağlanmayacağı ilə bağlı məsələyə isə təşkilatdan belə cavab veriblər: "2015-ci il 30 sentyabr tarixində "FINCA Azerbaijan" çətin iqtisadi şəraitdə filiallarının bağlana biləcəyi ilə bağlı məlumat yaymışdı. Abşeron filialında işçilər ixtisar olunur, amma bağlanması ilə bağlı hələlik qərar yoxdur".

Qeyd edək ki, "FINCA Azerbaijan" bank olmayan kredit təşkilatının Azərbaycanda 60-dan çox filialı fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti