...

Silk Way travel şirkətindən Praqaya Yeni il turu

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Dekabr 2015 13:21 (UTC +04:00)
Silk Way travel şirkətindən Praqaya Yeni il turu
Silk Way travel şirkətindən Praqaya Yeni il turu

Bakı. Trend:

Möhtəşəm bayram əhval-ruhiyyəsi, sərfəli alış-veriş, şaxtalı havada ətirli trdelniklə isti qlintveyn və Yeni ili Praqada qeyd etməyin başqa özəllikləri.

Heç kəsə sirr deyil ki, Avropa şəhərlərində Yeni il bayramını xüsusi təmtəraqla qeyd edirlər. Lakin bu günlərdə Çexiya paytaxtındakı nağıl ab havası müqayisəolunmaz dərəcədə fərqlidir.

Vtalva sahillərində yerləşən tarixi şəhərin məhz bu cazibəsi və möhtəşəmliyi turistlərin dəfələrlə buraya qayıtmasına səbəb olur.
Praqa - köhnə dar küçələr, komfortlu kiçik kafelər, özünəməxsus pivə bişirmə ənənəsi ilə seçilən pablar və əlbəttə ki, olduqca çox görməli yerlər və əyləncə məkanları deməkdir.

Praqa Yeni il ərəfəsində ən çox ziyarət olunan şəhərlərdən biridir. Bunu nəzərə alaraq Silk Way Travel şirkəti 30.12.2015 - 6.01.2015 tarixlərində 943 AZN*-dən başlayan qiymətlərlə Praqaya Yeni il turu təklif edir.

AZAL aviaşirkəti ilə uçuş - 30.12.2015 (07:30 - 09:00) / 06.01.2016 (11:00 - 18:10), hava limanı-otel-hava limanı istiqamətində qrup transfer xidməti, oteldə gecələmə və səhər yeməkləri, viza xidməti və tibbi sığorta turun qiymətinə daxildir.

Çexiya paytaxtının heyrətamiz ab-havası sizin bayramınızı nağıla çevirəcək. Yeni ili Praqada qarşılayın!

Qeyd
Qiymət ikinəfərlik yerləşmə üçün nəzərdə tutulub.

Əlavə məlumat üçün:
Bakı, Nizami küç. 126 A
Telefon: +994 12 437 4085
Email: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti