...

Azər-Türk Bank “AzeriCard” prosessinq mərkəzinə qoşuldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2015 12:39 (UTC +04:00)
“Azər-Türk Bank” ASC-nin “AzeriCard” prosessinq mərkəzinə keçidi uğurla başa çatdırılıb.
Azər-Türk Bank “AzeriCard” prosessinq mərkəzinə qoşuldu

Bakı. Trend:

"Azər-Türk Bank" ASC-nin "AzeriCard" prosessinq mərkəzinə keçidi uğurla başa çatdırılıb. Bankdan Trend-ə verilən məlumata görə, yeni prosessinq mərkəzinə keçid plana uyğun olaraq bir ay müddətində reallaşdırılıb. Artıq dekabr ayının 8-dən Bankın bütün ödəmə kartları və terminal şəbəkəsi "AzeriCard" prosesinq mərkəzi tərəfindən dəstəklənir.

İndi Azər-Türk Bankın müştəriləri "MasterCard International" Beynəlxalq Ödəniş Sisteminin ödəmə kartları vasitəsilə Bankın "Card to Card Transfer", "Сash In", "Cash To Any Card", "POS Credit", "SMS Bildiriş", "PIN Change", "Internet Banking", "MobilBank", müxtəlif onlayn ödəmə xidmətlərindən daha asan, rahat və tam təhlükəsiz şəkildə istifadə edə bilərlər. Həmçinin Bankın kart sahibləri Azərbaycan Beynəlxalq Bankının bankomatlarından, əlavə komisyon ödəmədən, Azər-Türk Bankın öz bankomatlarında tətbiq olunan tariflərlə istifadə imkanına malikdirlər.

1995-ci ildən fəaliyyət göstərən "Azər Türk Bank" ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti