...

Əhməd Əhmədzadə: Manatın məzənnəsinin dəyişməsi meliorasiya sahəsində layihələrə təsir etməyəcək (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Dekabr 2015 13:49 (UTC +04:00)
Milli valyutanın məzənnəsinin dəyişməsi Azərbaycanda meliorasiya sahəsində layihələrə güclü təsir etməyəcək.
Əhməd Əhmədzadə: Manatın məzənnəsinin dəyişməsi meliorasiya sahəsində layihələrə təsir etməyəcək (ƏLAVƏ OLUNUB)

Bakı. Ənvər Məmmədov - Trend:

Milli valyutanın məzənnəsinin dəyişməsi Azərbaycanda meliorasiya sahəsində layihələrə güclü təsir etməyəcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə deyib.

O bildirib: "Əsasən, yerli istehsalçılarla işlədiyimizə görə manatın devalvasiyası meliorasiya və su təsərrüfatı sahələrində reallaşdırılan layihələrə təsir göstərməyəcək. Layihələrimizin reallaşdırılmasını dayandırmağa hazırlaşmırıq".

Ə.Əhmədzadə qeyd edib ki, hazırda bu sahədə bir neçə layihənin reallaşdırılması davam edir: "Biz Samur-Abşeron suvarma sisteminin yenidən qurulması üzrə işləri davam etdiririk. Bu kompleksin bir hissəsi artıq istismara verilib. Çətin iqtisadi vəziyyətə baxmayaraq, Ehtiyat Fondundan 2016-cı ildə 150 artezian quyusunun tikintisinə 10 milyon manat ayrılıb".

O, əlavə edib ki, ASC 2015-ci ilin sonunadək Siyəzən və Xızı rayonlarında 8 min hektar yaxşılaşdırılmış torpağın istismara verilməsini planlaşdırır: "ASC, həmçinin suvarılan torpaqların sahəsinin artırılması və su təchizatının yaxşılaşdırılması məqsədilə fəal işləyir. Gələn il bu layihələrin reallaşdırılmasına, ilkin məlumata görə, SOFAZ tərəfindən 90 milyon manatın ayrılması planlaşdırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti