...

PAŞA Bank müştərilərin itkilərinin əvəzini ödəyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Dekabr 2015 17:23 (UTC +04:00)
PAŞA Bank 21 dekabr tarixdə valyuta məzənnələrinin dəyişməsi ilə əlaqədar müştərilərin itkilərinin əvəzini ödəyəcək.
PAŞA Bank müştərilərin itkilərinin əvəzini ödəyəcək

Bakı. Trend:

Azərbaycanın ən iri banklarından biri PAŞA Bank müştərilərin 21 dekabr 2015-ci il tarixdə valyuta məzənnələrinin dəyişməsi ilə əlaqədar kart üzrə əməliyyatlar nəticəsində hesabdan əlavə məbləğin silinməsi ilə bağlı müraciətlərini nəzərdən keçirib.

Trend-in məlumatına görə, PAŞA Bankın İdarə Heyətinin qərarına əsasən, artıq manatın məzənnəsi dəyişdikdən sonra silinmiş vəsaitlərin hesablardakı qalıqlarında yaranan fərq bank tərəfindən ödəniləcək və müştərilərin hesablarında bərpa olunacaq.

Beynəlxalq ödəmə sistemlərinin qaydalarına görə, əməliyyat aparılan anda hesabdakı vəsaitlər sadəcə əməliyyat gününün məzənnəsi ilə bloklanır. PAŞA Bankın baş kommersiya direktoru Melih Mengünün sözlərinə görə, vəsaitlərin hesabdan silinməsi isə bir müddət sonra, adətən 5 iş günü ərzində (digər tərəflərdən ödəmə tələbnaməsinin banka daxil olduğu vaxtdan asılı olaraq) vəsaitlərin silindiyi günün məzənnəsi ilə baş verir.

M.Mengü yekunlaşdıraraq bildirib ki, buna baxmayaraq, bank müştərilərində yaranan çətinliklərin həllinə məsuliyyətlə yanaşır: "Vəziyyəti və manatın zəifləməsi effektini təhlil edib, onlara valyuta məzənnələrinin dəyişməsi effektinin minimuma endirilməsində köməklik göstərmək üçün müvafiq tədbirlər görmüşük".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti