...

Deputat: Azərbaycanda korrupsiya hallarının qarşısının alınması hesabına daxili istehsal artacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Yanvar 2016 18:32 (UTC +04:00)
Azərbaycanda korrupsiya, monopoliya hallarının qarşısının kəskin şəkildə alınması sahibkarların daxili resurslar hesabına öz iqtisadi potensialını artıraraq işlərini daha yaxşı qurmağa kömək edəcək və bununla da daxili istehsal artacaq.
Deputat: Azərbaycanda korrupsiya hallarının qarşısının alınması hesabına daxili istehsal artacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda korrupsiya, monopoliya hallarının qarşısının kəskin şəkildə alınması sahibkarların daxili resurslar hesabına öz iqtisadi potensialını artıraraq işlərini daha yaxşı qurmağa kömək edəcək və bununla da daxili istehsal artacaq. Bununla da Azərbaycan istisadiyyatının dollardan asılılığı tədricən aşağı düşəcək. Bunu Trend-ə Milli Məclisin deputatı Musa Quliyev bildirib.

M.Quliyev Azərbaycanda süni qiymət artırılması üçün aparılan tədbirlərin yaxın vaxtlarda öz nəticəsini verəcəyinə əminliyini bildirib: "Cənab Prezident də çıxışında dedi ki, dünyada maliyyə-iqtisadi böhranı var, bu böhranın müəyyən təsirləri Azərbaycandan da yan keçməyib. Neftin qiymətinin aşağı düşməsi neft ixracatçısı olan bütün ölkələr kimi, Azərbaycanı da müəyyən iqtisadi düzəlişlər etməyə məcbur edir".

Deputat qeyd edib ki, ölkədə qeyri-neft sektorunu inkişaf etdirilməlidir: "Bununla da öz həyatımızın yeni mərhələsinə başlayacağıq. Burada çox ciddi təlaşa ehtiyac yoxdur. Bəzi müxalif ekspertləri bildirirlər ki, Azərbaycanda böhran var, yaxud böhran gözlənilir. Bunun heç bir əsası yoxdur. İnsanları da ajiotaja salmağa ehtiyac yoxdur".

M.Quliyev deyib ki, dövlət büdcəsindən müəyyən xərcləri azaltmalıyıq: "Amma bu il də heç bir soial layihə diqqətdən kənarda qalmayacaq və ixtisar olmayacaq. Əməkhaqları, pensiyalar, müavinətlər, ünvanlı sosial yardım proqramları tam olaraq öz qüvvəsi ilə işləyəcək. O cümlədən təhsil, səhiyyə xərcləri büdcədə azaldılmayıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti