...

Yeni Bakı beynəlxalq limanının tikintisinin I mərhələsi ilin sonunadək yekunlaşacaq (ÖZƏL)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2016 20:29 (UTC +04:00)

Bakı. Maksim Tsurkov - Trend:

Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının tikintisinin I mərhələsi çərçivəsində hazırda görülən bütün işlər bu ilin sonunadək başa çatacaq. Bunu Trend-ə limanın baş direktoru Taleh Ziyadov deyib.

Onun sözlərinə görə, I mərhələ çərçivəsində Ro-Ro tipli gəmilər üçün 4 yanalma körpüdən ibarət universal quru yük və konteyner limanının tikintisi üzrə işləri başa çatdırmaq lazımdır: "Bundan sonra Ələtdəki liman köhnə Bakı limanında yükləri boşaltmadan Ro-Ro gəmilərini qəbul edə biləcək. Limanın tikintisinin növbəti mərhələlərinin reallaşdırılması templəri yük dövriyyəsinin templərindən asılı olacaq, yəni zərurət yaranarsa, tikintini sürətləndirəcəyik".

T.Ziyadov qeyd edib ki, I mərhələ başa çatdıqdan sonra liman ildə 10-11 milyon tonadək yük və 50 minədək konteyner qəbul edə biləcək.

Xəbər lenti

Xəbər lenti