...

Bakı və bir sıra rayonların Baytarlıq idarələri rəisləri işdən çıxarıldı (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2016 17:01 (UTC +04:00)

Bakı. Trend:

Bakı və 4 rayonun Baytarlıq idarəsinin rəisləri işdən azad edilib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün nazirlik yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən "2015-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr"ə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Kollegiyanın qərarına əsasən, işdə ciddi nöqsanlara yol verdiyinə görə 4 rayon və Bakı şəhər Baytarlıq idarəsinin rəisləri, həmçinin Dəmir Yolunda Baytarlıq Nəzarəti İdarəsinin rəisi işdən azad edilib, 2 rayon Baytarlıq idarəsinin rəisləri yaş həddinə görə təqaüdə göndərilib, 1 rayon və 1 şəhər Baytarlıq idarəsinin rəisləri ilə səhhətlərində yaranmış problemlərlə əlaqədar üzərilərinə düşən vəzifələri icra edə bilmədiklərinə görə onlarla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Bundan başqa, 4 rayon, həmçinin Gəncə və Mingəçevir şəhər Baytarlıq idarələrinin rəislərinə şiddətli töhmət, 3 rayon Baytarlıq idarəsinin rəisinə töhmət elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti