...

Qış mövsümündə Gürcüstana təbii qaz tədarükünün artırılması haqqında razılıq əldə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Yanvar 2016 13:30 (UTC +04:00)

Bakı. Trend:

SOCAR Gürcüstana təbii qaz tədarükünün optimallaşdırılması məqsədilə Gürcüstan tərəfinin müraciəti əsasında "Şahdəniz" və Cənubi Qafqaz Boru Kəməri konsorsiumlarının iştirakçıları ilə danışıqlar aparmış və "Şahdəniz" yatağından Gürcüstana qaz ixracı haqqında müvafiq müqavilələrdə müəyyən olunmuş mövsümlə bağlı məhdudiyyətlərin yenidən nəzərdən keçirilməsi barədə razılıq əldə etmişdir.

Trend-in SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, razılığa əsasən qış dövründə Gürcüstana qaz tədarükü minimum 50 milyon kubmetr artırılacaqdır. Gürcüstan tərəfinin müraciətinin dəstəklənməsi Azərbaycan və Gürcüstan arasında mehriban qonşuluq müansibətlərinin mövcudluğunu bir daha sübut edir və qarşılıqlı faydalı əməkdaşlığın gələcəkdə də möhkəmləndirilməsi və inkişafı üçün əsas yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti