...

Azərbaycan Texnologiya Universiteti “Azercell”lə əməkdaşlığı genişləndirir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2016 11:17 (UTC +04:00)
Azərbaycan Texnologiya Universiteti (ATU) və ölkənin aparıcı mobil operatorlarından olan “Azercell Telekom”un rəhbərliyi arasında görüş keçirilib.
Azərbaycan Texnologiya Universiteti “Azercell”lə əməkdaşlığı genişləndirir (FOTO)

Bakı. Trend:

Azərbaycan Texnologiya Universiteti (ATU) və ölkənin aparıcı mobil operatorlarından olan "Azercell Telekom"un rəhbərliyi arasında görüş keçirilib.

Bakı şəhərində "Azercell"in baş ofisində reallaşan görüşdə ATU-nun rektoru professor Akif Süleymanov rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyət istiqamətləri və perspektiv planları haqqında məlumat verib.

O qeyd edib ki, İKT üzrə kadr hazırlığı ATU-nun əsas fəaliyyət istiqamətlərindən olduğundan "Azercell"lə əməkdaşlıq bu ali təhsil ocağı üçün böyük əhəmiyyət kəsb edir. Çünki, ATU-nun əsas hədəflərindən biri Gəncədə və Qərb bölgəsində İKT mütəxəssisləri hazırlayan əsas universitet olmaqdır.

Rektor həmçinin bildirib ki, bölgədə rabitə və İKT sektorunun inkişafına təkan vermək də ATU-nun əsas məqsədlərindəndir. Bu isə böyük müəssisələrlə əməkdaşlığı zəruri edir. Belə əməkdaşlıq eyni zamanda universitetin inkişafına, tələbələrin təhsilə marağının artırılmasına da zəmin yaradır. Professor Akif Süleymanov ATU-nun bir tələbəsinin "Azercell"in "Tələbə təqaüdü" proqramının qalibi olduğunu da xatırladıb və bu fəaliyyətin təqdirəlayiq stimullaşdırıcı bir addım olduğunu qeyd edib.

"Azercell"in prezidenti Vahid Mürsəliyev isə bildirb ki, rəhbərlik etdiyi şirkət ali təhsil ocaqları ilə əməkdaşlıqda, təhsilin ikişafına təkan verən layihələri dəstəkləməkdə maraqlıdır. Paytaxt Bakıda yerləşən bir neçə universitetlə müxtəlif layihələr üzrə əməkdaşlıq edən şirkətin bölgələrdəki ilk tərəfdaşı isə ATU olacaq.

V.Mürəsliyev deyib ki, İKT üzrə keyfiyyətli kadr hazırlığına dəstək olmaq məqsədilə "Azercell" tezliklə ATU-da 2G stansiyasının qurulmasını və şirkətin layihə ofisinin yaradılmasını başa çatdıracaq. Çünki, tələbələrin təhsil müddətində istehsalata və təcrübəyə mümkün qədər yaxın olması onların yaxşı mütəxəssis kimi yetişməsinə, dolayısıyla da gələcək karyerasına birbaşa təsir edir.

"Azercell"in prezidenti tələbələrlə görüşmək və onlara peşəkar məsləhətlər vermək üçün tezliklə ATU-ya gəlməyə hazır olduğunu da bildirib.

https://www.facebook.com/atuganja/posts/1115889158423174

Məqalədə:
Xəbər lenti

Xəbər lenti