...

Svish ödəniş texnologiyasının yerli bazara uyğunluğu imkanları araşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2016 09:48 (UTC +04:00)
Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupunun növbəti iclası keçirilib.
Svish ödəniş texnologiyasının yerli bazara uyğunluğu imkanları araşdırılır

Bakı. Trend:

Skandinaviya ölkələrində geniş istifadə olunan Svish mobil ödəniş texnologiyasının tətbiqi üzərində araşdırma aparılır.

Bu barədə Trend-ə Azərbaycan Banklar Assosiasiyasından (ABA) məlumat verilib.

ABA-nın nəzdində fəaliyyət göstərən "Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları" üzrə Ekspert Qrupunun növbəti iclası keçirilib.

Ödənis Sistemləri üzrə Ekspert Qrupu bankların əhaliyə daha innovativ ödəniş texnologiyalarının təqdim edilməsi və tədbiqi üzrərində daima işləyir, bu sahədə mövcud problemlərin həllinə çalışır.

Hazırda, İşveçdə və digər Skandinaviya ölkələrində geniş istifadə olunan Svish mobil ödəniş texnologiyasının tətbiqi üzərində müzakirələ aparılır və bu innovasiyanın müştərilərə verə biləcəyi imkanlar nəzərdən keçirilir. Svish İsveçdə 2012-ci ildən uğurla tətbiq olunur və hal-hazırda bu mobil ödəniş texnologiyasının aktiv istifadəçisi sayı 4 mln nəfəri keçib.

Bu mobil ödəniş çözümü, həm müştərilər arasında bir-birinə vəsait köçürmək imkanı həm də müştəri tərəfindən ticarət obyektinə və ya fərdi satıcıya bir neçə saniyə ərzində ödəniş etmək imkanını verir.

Bunun üçün smartphone, bankda hesab və öz adınıza olan mobil nömrəsinin olması yetərlidir. Ödənişlər mobil və ya WIFI internet olan istənilən yerdən həyata keçirilə bilər. Bu applikasiya vasitəsilə, istər ölkənin hər hansı ucqar nöqtəsindən, istərsə də xaricdən ödənişlər etmək çox asandır. Eyni zaman bu texnologiya elektron və mobil kommersiya ödənişlərini də dəstəkləyir.

Hazırda, tərəfimizdən bu yexnologiyanın yerli bazara uyğunluğu imkanları və müvafiq texniki məsələlər müzakirə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti