...

Əkinçilik İnstitutu: Üzüm sahələrinin Aran rayonlarında salınması düzgün deyil

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2016 17:36 (UTC +04:00)
Azərbaycanda üzümçülük dağlıq və dağətəyi rayonlarda olmalıdır. Üzüm sahələrinin Aran rayonlarında salınması düzgün deyil.
Əkinçilik İnstitutu: Üzüm sahələrinin Aran rayonlarında salınması düzgün deyil

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda üzümçülük dağlıq və dağətəyi rayonlarda olmalıdır. Üzüm sahələrinin Aran rayonlarında salınması düzgün deyil.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclasında çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Elmi Tədqiqat Əkinçilik İnstitutunun şöbə müdiri Əsəd Musayev deyib.

Dünyanın inkişaf edən və aqrar sahəyə diqqət yetirən ölkələrində də üzüm sahələrinin dağlıq və dağətəyi ərazilərdə salındığını deyən Ə.Musayevin sözlərinə görə, Cəlilabadda geniş üzüm sahələri salınır ki, bu da düzgün deyil. Çünki Cəlilabad taxılçılıq üçün daha əlverişlidir.

O bildirib ki, Azərbaycanda ildən-ilə artan əhalinin ərzaqla təminatının düzgün qurulması üçün aqrar sahədə belə səhvlərə yol verilməməlidir.

İnstitut rəsmisi qeyd edib ki, dağ çaylarında sellər çox olur. Buna görə həmin sahələrdə əkinçiliyi inkişaf etdirmək üçün çoxlu su tutarları yaradılmalıdır.

Ə.Musayev əlavə edib ki, hazırda Azərbaycanda 2 min hektarda zeytun sahəsi var. Lakin o, hesab edir ki, ölkədə ən azı 10 min hektarda zeytun sahəsi salmaq olar. Bunun üçün Azərbaycanın bir çox ərazilərində, xüsusilə Abşeron yarımadasında əlverişli imkan olduğunu vurğulayan Ə.Musayev zeytunçuluğu inkişaf etdirməklə qida yağı probleminin də həll ediləcəyini söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti