...

"Atəşgah"ın yeni satış ofisi fəaliyyətə başlayıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2016 17:28 (UTC +04:00)
“Atəşgah” Sığorta Şirkətinin yeni satış ofisi fəaliyyətə başlayıb.
"Atəşgah"ın yeni satış ofisi fəaliyyətə başlayıb (FOTO)

Bakı. Trend:

"Atəşgah" Sığorta Şirkətinin yeni satış ofisi fəaliyyətə başlayıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, müştərilərinin rahatlığını təmin etmək və onlara göstərilən xidmətin keyfiyyətini yüksəltmək, eləcə də xərclərin optimallaşdırılması məqsədilə "Atəşgah" Sığorta Şirkətinin Bakı şəhəri ərazisində yerləşən "Nərimanov" (Təbriz küç., 87) və "Azadlıq" (8-ci mikr, Axundov küç, ev 2/73) ofisləri artıq fəaliyyətini yeni ofisdə davam etdirir. Yeni "Xətai" ofisi Yusif Səfərov küç., 18 ünvanında (Leyla Şıxlinskaya klinikası ilə üzbəüz) yerləşir.

"Atəşgah" SŞ-nin xidmətləri və məhsullarını Bakı şəhəri üzrə əldə etmək istəyən müştərilər istənilən satış ofislərindən birinə müraciət edə bilərlər. Bundan əlavə, (012) 940 əlaqə telefonuna zəng etməklə sığorta şəhadətnaməsini istənilən ünvana sifariş etmək mümkündür.

Satış ofislərin ünvanları:

Ofis

Ünvan

1. Baş ofis

Nəsib bəy Yusifbəyli küç., 75B

2. "Papanin"

Cəlil Məmmədquluzadə küç., 998-ci məhəllə

3. "Mətbuat "

Mətbuat pr., 18/7

4. "Nizami"

Salatın Əsgərova küç., 87

5. "Xətai"

Yusif Səfərov küç., 18

6. "Yasamal"

Şərifzadə küç., 34/16

7. "Əhmədli"

Seyid Əzim Şirvani küç., 1B

8. "Xırdalan"

Xırdalan dairəsi (DYP ilə üzbəüz)

9. "Badamdar"

Yasamal xarici dairəvi yol, 4

10. "Zabrat"

Zabrat-Maştağa yolu, 1-ci məhəllə

Qeyd edək ki, "Atəşgah" Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilib. "Atəşgah" ASC SŞ və "Atəşgah Həyat" ASC SŞ "Atəşgah" Sığorta Qrupuna daxildir. "Atəşgah" SQ müştərilərinə 20-dən artıq sığorta növü üzrə xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti