...

“Alfa Sığorta” ASC 2016-cı ilin 1-ci rübünə yekun vurdu

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2016 12:56 (UTC +04:00)
“Alfa Sığorta” ASC 2016-cı ilin, 1-ci rüb üzrə fəaliyyətin nəticələrini açıqlanmışdır. Rəsmi məlumata əsasən, cari rüb ərzində şirkətin sığorta haqqı yığımları 633 778 manat təşkil etmişdir.
“Alfa Sığorta” ASC 2016-cı ilin 1-ci rübünə yekun vurdu

Bakı. Trend:

"Alfa Sığorta" ASC 2016-cı ilin, 1-ci rüb üzrə fəaliyyətin nəticələrini açıqlanmışdır. Rəsmi məlumata əsasən, cari rüb ərzində şirkətin sığorta haqqı yığımları 633 778 manat təşkil etmişdir.

Şirkət 316 hadisə üzrə 417 055 manat sığorta ödənişi həyata keçirmişdir. Bu məbləg əsasən kasko sığorta, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, əmlak sığortası və tibbi sığorta üzrə ödənilmişdir.

Şirkətin İdarə Heyətinin sədri Camal Əliyev öz çıxışında əsasən onu vurğuladı ki, fəaliyyət sahəsinin genişləndirilməsi, satış prosesinin təkmilləşdirilməsi, regional inkişafın təşkilatı məqsədi ilə strukturunda dəyişikliklərin edilməsi və yeni bölmələrinin yaradılması tələb olunur.

Camal Əliyev həm də qeyd edib ki bundan əlavə, şirkətimizin əməkdaşları sayca çoxalmış və coğrafi baxımından cəmiyyətin əhatə dairəsi geniş vüsət almışdır. Belə ki, 2016-cı ilin birinci rübündə 27 nəfər yeni əməkdaş işə qəbul olunmuşdur. Onlardan 18 nəfəri regionlarda işnə təmin olunmuşdur. Şirkətin xidmət şəbəkəsinə, 7 nümayəndəlik və 12 satış ofisləri əlavə olunmuşdur.

Bu ölkəmizin sosial məsələrinin həlli üçün bizim kiçik töhfədimizdir. Biz fəaliyyətimizi gələcəkdə də genişləndirməsini və insan resurslarının inkişaf etdiriliməsini təmin etmək niyyətindəyik.

Cənab Camal Əliyev diqqət yetirib ki, 2015-ci il asan il deyildi və ölkə iqtisadiyyatında, maliyyə sektorunda baş verən proseslər rəhbərliyyik etdiyi şirkətin vəziyyətində də təsirsiz ötüşməmişdir: "Bu baxımdan, biz müştərilərimizə, bazarın tənzimləyicisinə, tərəfdaşlarımız olan sığorta şirkətlərinə, çətin zamanda dəstək verdiklərinə görə, öz minnətdarlığımızı bildirmək istəyirik. Hakimiyyətin bisnes sahəsində liberal islahatların aparılması, yoxlamaların minimuma endirilməsi, antiinhisar qanunvericiliyin təkmilləşdirilməsi, rəqabətli mühitin yaradılması yönəmlərində atdığı addımlar bizə gələcəyə nikbin baxmağa əsas verir".

Bütün qeyd olunanları nəzərə alaraq, şirkət 2016-cı ildə dinamik inkişafını davam etdirmişdir.

"Alfa Sığorta" ASC 1997-ci ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 7 780 000 manat nizamnamə kapitalına malik olmaqla, 36 sığorta növü - 32 könüllü növ və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. İcbari sığorta Bürosunun iştirakçısıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti