...

"AccessBank" AYİB ilə birgə maliyyələşdirmə xətti üzrə ilk kredit müqaviləsini imzaladı (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2016 15:33 (UTC +04:00)
"AccessBank" Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə həyata keçirdiyi birgə maliyyələşdirmə layihəsi çərçivəsində uzun müddət əməkdaşlıq etdiyi "Eurohome" şirkəti ilə ilk kredit müqaviləsini imzalayıb.
"AccessBank" AYİB ilə birgə maliyyələşdirmə xətti üzrə ilk kredit müqaviləsini imzaladı (FOTO)

Bakı. Trend:

"AccessBank" Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə həyata keçirdiyi birgə maliyyələşdirmə layihəsi çərçivəsində uzun müddət əməkdaşlıq etdiyi "Eurohome" şirkəti ilə ilk kredit müqaviləsini imzalayıb.

AccessBank-dan Trend-ə verilən məlumata görə, bank Azərbaycanda yeni inşaat bazarlarının inkişaf etdirilməsi məqsədilə AYİB ilə birlikdə "Eurohome" şirkətini maliyyələşdirəcək.

"AccessBank" adından İdarə Heyətinin sədri Mixael Hoffmann deyib: "Biz yaxın tərəfdaşımız və təsisçimiz olan AYİB ilə birlikdə icra etdiyimiz birgə maliyyələşdirmə layihəsini alqışlayırıq. Bu layihə təşkilatlarımız arasında sıx əməkdaşlığı əks etdirir. Eurohome Azərbaycanın inşaat materialları bazarının güclü və təcrübəli iştirakçısıdır. Birgə maliyyələşdirmə xətti üzrə dəstəklənən layihə iqtisadi cəhətdən gərgin dövrdə uzaqgörən sərmayə qoyuluşunun bariz nümunəsidir".

AYİB Azərbaycanın Bakı Ofisinin rəhbəri Neyl Makkeyn çıxışında qeyd edib: "Biz AccessBank-la birlikdə Eurohome şirkətini dəstəkləməkdən məmnunuq. Özəl qeyri-neft sektoru üçün mürəkkəb olan hazırki dövrdə iqtisadiyyatı diversifikasiya etmək məqsədilə rəqabət qabiliyyətli, müstəqil şirkətlərlə əməkdaşlığı davam etdirmək çox əhəmiyyətlidir".

"AccessBank" 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və "AccessHoldinq" tərəfindən yaradılıb. "AccessBank" Azərbaycanda aparıcı universal bank olaraq mikro və orta ölçülü bizneslərin maliyyələşdirilməsi ilə məşğuldur. Ölkə üzrə geniş filiallar şəbəkəsinə malik olan Bankda 1800 yaxın əməkdaş çalışır və tam çeşidli xidmətlər təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti