...

İranın rabitə naziri Azərbaycana səfər edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2016 17:31 (UTC +04:00)
İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Azərbaycana ikigünlük səfər edəcək.
İranın rabitə naziri Azərbaycana səfər edəcək

Bakı. Emil İlqar, Ənvər Məmmədov - Trend:

İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Azərbaycana ikigünlük səfər edəcək. Bunu Trend-ə İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən deyiblər.

Səfər çərçivəsində M.Vaezi Astara çayı üzərində dəmir yolu körpüsünün təməlqoyma mərasimində iştirak edəcək.

Mərasimdən sonra Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin və M.Vaezinin iştirakı ilə Azərbaycan-İran nümayəndə heyətlərinin görüşü keçiriləcək, əməkdaşlığın genişləndirilməsi perspektivləri, o cümlədən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin səmərəliliyinin artırılması istiqamətində görüləcək işlər müzakirə ediləcək.

M.Vaezi, həmçinin Bakıya səfər edəcək. Bakıda bir sıra sənədlərin imzalanması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti