...

Nazir: Tehran və Bakı özəl sektoru ticarətin genişləndirilməsinə cəlb edə bilərlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Aprel 2016 17:10 (UTC +04:00)
İran və Azərbaycan iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi prosesinə özlərinin özəl sektorlarının cəlb edilməsi imkanlarını nəzərdən keçirirlər.
Nazir: Tehran və Bakı özəl sektoru ticarətin genişləndirilməsinə cəlb edə bilərlər

Bakı. Fərhad Daneşvər, Ənvər Məmmədov - Trend:

İran və Azərbaycan iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi prosesinə özlərinin özəl sektorlarının cəlb edilməsi imkanlarını nəzərdən keçirirlər. Bunu Trend-ə Bakıda səfərdə olan İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi bildirib.

Onun sözlərinə görə, sənaye və mühəndislik xidmətləri iki ölkə arasında əməkdaşlığın prioritet istiqamətləri sırasına daxildir: "Kənd təsərrüfatı, ticarət və səhiyyə də iki dost ölkənin əməkdaşlığının mümkün sahələridir. İran-Azərbaycan əlaqələri gələcəkdə daha sıx olacaq və özəl sektora dəstək lazımdır".

Nazir, həmçinin qeyd edib ki, Azərbaycan və İran prezidentlərinin imzaladığı sazişlərin böyük hissəsi ötən iki ay ərzində həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti