...

"PAŞA Həyat" sağlam həyat layihəsini dəstəkləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2016 15:44 (UTC +04:00)
"PAŞA Həyat Sığorta" şirkətinin dəstəyi və "Azərikimya" İstehsalat Birliyinin təşkilatçılığı ilə "Sumqayıt" futbol klubunun həyata keçirdiyi "Futbol və sağlam həyat" layihəsi başa çatıb.
"PAŞA Həyat" sağlam həyat layihəsini dəstəkləyib

Bakı. Trend:

"PAŞA Həyat Sığorta" şirkətinin dəstəyi və "Azərikimya" İstehsalat Birliyinin təşkilatçılığı ilə "Sumqayıt" futbol klubunun həyata keçirdiyi "Futbol və sağlam həyat" layihəsi başa çatıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, layihənin son mərhələsi H.Z.Tağıyev adına qəsəbədə yerləşən 6 saylı orta məktəbində baş tutub. Tədbirdə həmin məktəblə yanaşı daha 6 məktəbin 60-dan çox şagirdi iştirak edib.

Qeyd edək ki, "Futbol və sağlam həyat" layihəsində Sumqayıt şəhərində və onun ətrafında yerləşən bütün orta təhsil ocaqlarında təhsil alan 10-12 yaş arası əlaçı şagidlər iştirak ediblər.

Seminar tipli layihə 48 orta məktəbi əhatə edib və ümumilikdə layihədə 500-dən artıq şagird iştirak edib. Məktəblərdə keçirilən görüşlərdə əlaçı şagirdlərə layihəyə dəstək göstərən şirkətlərin hədiyyələri də təqdim edilib.

Layihənin əsas məqsədi gənc və yeniyetmə şagirdləri futbola cəlb etmək, həmçinin məktəblilərin əla təhsil almalarına stimul yaratmaq, futbolsevərlər arasında bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması və gənclərimizi sağlam həyata yönləndirməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti