Bakı. Trend:
Mayın 20-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov ilə Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndə heyəti arasında görüş keçirilib.
ARDNF-dən Trend-ə verilən məlumata görə, görüş zamanı ölkədə makroiqtisadi vəziyyət, fiskal siyasət, maliyyə və bank sektorlarındakı yeniliklər, Dövlət Neft Fondunun 2016-cı il üzrə fəaliyyətinin nəticələri, Hökumət tərəfindən həyata keçirilən islahatlar, məzənnə siyasəti, Azərbaycan ilə BVF arasında əməkdaşlığın perspektivləri və digər məsələlər ətrafında müzakirələr aparılıb.