...

Transxəzər nəqliyyat marşrutunun rəqabət qabiliyyətininin artırılmasının şərtləri açıqlanıb (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2016 11:48 (UTC +04:00)

Bakı. Ənvər Məmmədov - Trend:

Vahid tariflərin tətbiqi Beynəlxalq Transxəzər nəqliyyat marşrutunun rəqabət qabiliyyətini artıracaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə Limanın baş direktoru Taleh Ziyadov deyib.

T.Ziyadov bildirib: "Avropadan Çinə yük daşımalarında vahid tarif siyasətinin tətbiqi nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin və iş səmərəliliyinin yüksək olmasını göstərir".

Onun sözlərinə görə, vahid tarif siyasətinə qoşulmuş ölkələrin sayının artmasına istiqamətlənmiş hər yeni görüş böyük bir addımdır.

T. Ziyadov qeyd edib: "Fikrimcə, bu görüşlər hər 1,5-2 aydan bir mütəmadi keçiriləcək və yeni vahid tariflərin tətbiqinin və bu prosesə daha çox sayda ölkələrin cəlb olunmasının şahidi olacağıq. Vahid tariflərin tətbiq edilməsi bir çox dövlətlər tərəfindən alqışlanır və yaxın gələcəkdə digər ölkələr də bu konsorsiumun üzvləri olacaqlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti