...

Mərkəzi Bank depozit hərracında banklardan 15 mln. manat cəlb edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Sentyabr 2016 09:45 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı depozit hərracında banklardan 15 milyon manat cəlb edib.
Mərkəzi Bank depozit hərracında banklardan 15 mln. manat cəlb edib

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı depozit hərracında banklardan 15 milyon manat cəlb edib.

Trend-in məlumatına görə, bu barədə bankın saytında verilən məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, sentyabrın 5-də vəsaitlərin cəlb edilməsi üzrə keçirilən növbəti depozit hərracında tələb 15 milyon manat olub.

Hərrac nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 9,49% təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti