Bakının ilkin daşınmaz əmlak bazarında fəallıq artıb

Bakının ilkin daşınmaz əmlak bazarında fəallıq artıb

Bakı. Azad Həsənli – Trend:

“İlkin daşınmaz əmlak bazarında fəallıq artıb. Bu həm alıcı fəallığında, həm də bazara çıxan yeni layihələrdə özünü qabarıq şəkildə büruzə verir”.

Trend-in məlumatına görə, “AS Group İnvestment” Şirkətlər qrupu nəzdində fəaliyyət göstərən Strateji araşdırmalar mərkəzinin analitikləri sentyabr ayında paytaxt daşınmaz əmlak bazarında apardıqları araşdırmaya əsaslanaraq belə nəticəyə gəliblər.

İlkin bazarda alıcı fəallığı “AS Group İnvestment”in inşa etdiyi “Renessans Palace” premium-klass yaşayış kompleksinin timsalında aydın görsənir. “AS Group İnvestment”in Marketinq və PR şöbəsinin rəisi Elmir Kərimli: “2016-cı ilin ilk yarımilliyində “Renessans Palace” layihəsində satış keçən ilin analoji dövrünə nisbətən 3 dəfə artıb. Hesabat dövründə satış ofisinə gələn ziyarətçi sayı 1500 nəfərdən çox olub. Bu rəqəm keçən ilin analoji dövründə qeydə alınmış göstəriciləri 3 dəfə üstələyir. Satış ofisinə gələn zənglərin sayı isə ötən dövrlə müqayisədə 6 dəfə artıb”.

Digər tərəfdən tikinti şirkətləri hərəkətə gəlib. E.Kərimlinin sözlərinə görə, 2015-ci ilin əvvəlində nəinki heç bir yeni layihə bazara çıxarılmamışdı, hətta bir neçə yaşayış tipli tikinti obyekti öz fəaliyyətini dayandırmışdı. “Bu il paytaxt daşınmaz əmlak bazarına 10-dan çox yeni layihə daxil olub”.

“AS Group İnvestment”in mütəxəssislərinin rəyinə görə, alıcı və tikinti şirkətlərinin fəallığına iki əsas amil təsir göstərib. Birincisi, mövcud vəziyyətdə kiçik və orta sərmayəçilər öz maliyyə vəsaitləri üçün ən etibarlı “sığınacaq” rolunda daşınmaz əmlakı görürlər. Digər faktor isə tikinti sektoruna göstərilən dövlət dəstəyidir. Xatırladaq ki, əksər tikilən layihələrdə Beynəlxalq Bankın xətti ilə 10% ilkin ödəniş və yalnız şəxsiyyət vəsiqəsi ilə 20 illik hazır ipoteka təklif olunur. Bu sərfəli şərt ilkin bazarın əhatə dairəsini daha da genişləndirib, mənzilin tam dəyərini ödəyə bilməyən insanlar üçün yeni imkanlar açıb.

Təkrar bazar isə gözləmə mövqeyindədir. Belə ki, təklif portfelinin həcmi 2016-cı ilin avqustunda öncəki aya nisbətən 5% azalıb. “AS Group İnvestment”in marketoloqu Emil Rəhimov bu prosesin sentyabr ayının sonuna kimi davam edəcəyini proqnozlaşdırır. Bazardakı mövcud vəziyyət satıcıları gözləmə mövqeyində qalmağa vadar edir. Amma təcrübəyə əsasən bu proses 1.5 aydan çox çəkmir. Beləliklə, sentyabrın sonu, oktyabr ayında təklif portfelinin sürətlə böyüməsi gözlənilir. Bu həm gözləmə mövqeyində olan satıcıların öz mövqeyini tərk etməsi, həm də mövsümi faktorlarla bağlı olacaq.

Hazırda elit və premium tipli daşınmaz əmlak təklif portfelindən çıxarılır. Adətən bazarda qeyri-stabillik hökm sürəndə və ya qiymətlər düşəndə bu tip əmlak sahibləri gözləmə mövqeyinə keçir. Nəticədə təklif portfelində ekonom tip (ucuz) əmlakın xüsusi çəkisi artır və bu da bazarda orta qiymətə təsir göstərir.

E.Kərimlinin sözlərinə görə, “Renessans Palace” premium yaşayış kompleksinin satışlarında müşahidə olunan yüksək sıçrayışın səbəblərindən biri də məhz bazarda elit və premium tipli təklifin azalması və bu kompleksin alıcıların istəyinə uyğun premium tipli tikili olmasıdır.

Bu tendensiya bazarda təklifin rayonlar üzrə bölgüsündə özünü aydın şəkildə büruzə verir. Təkrar bazarda Əhmədli, H.Aslanov, Neftçilər, 8 km istiqamətləri üzrə təklifin həcmi cari ildə 14% artaraq ümumi portfelin 41%-ni təşkil edir. Yasamal rayonu üzrə təklifin xüsusi çəkisi 25%-dən 7%-ə düşüb. Zonalar üzrə ötən illə müqayisədə şəhərətrafı lotların sayı bu il 34% artaraq ümumi portfelin 46%-ni təşkil edir. Ən az lot 1-ci zonada qeydə alınıb – ümumi portfelin 4%-i. Bu həcm ötən illə müqayisədə demək olar ki, 5 dəfə azdır.

Daşınmaz əmlak bazarında baş verən qeyri-stabil durumu şərh edərək Strateji araşdırmalar mərkəzi aşağıdakı proqnozları verir:

- Son 2 ildə ekonom tipli layihələrdə təklifin çoxalması bazarda bu seqmentdə qiymətin enməsinə gətirib çıxardacaq. Təsadüfi deyil ki, bu il bazara girən bütün layihələr məhz ekonom seqmentə hədəflənib.

- 2015-ci ilin sonu, 2016-cı ildə yeni bazara girmiş layihələrin çoxu və bir neçə aktiv layihə bazara təmirli mənzil təklifi ilə çıxmağa başladı. Lakin paradoksal hal ondan ibarətdir ki, təmirli və təmirsiz mənzillər arasında qiymət fərqi çox böyükdür: 400 – 500 AZN/m2. 2016-cı ilin sonu, 2017-ci ildə bu fərqin azalması, ümumiyyətlə təmirli mənzillərin qiymətinin aşağı düşməsi proqnozlaşdırılır.

- Rəqabət mühitində yeganə çıxış yolu xüsusi konsepsiya ilə komfort və premium seqmentdə bazara çıxmaqdır. Eyni hal 2012-2014-cü illərdə ekonom seqmentdə baş vermişdi. Əksər developerlər premium seqmentdə bazara çıxırdı və 2015-ci ilin sonu bazar premium mənzillərdən doymuş hala gəldi və ekonom tipli mənzillərə daha çox tələbat yarandı. Eyni hallın 2016-cı ilin sonuna ekonom seqmentdə də təkrarlanacağı gözlənilir.

Azərbaycanda dosent koronavirusdan dünyasını dəyişdi
Azərbaycanda dosent koronavirusdan dünyasını dəyişdi
Evi tərk edən COVİD-19 xəstəsi saxlanılıb (VİDEO)
Evi tərk edən COVİD-19 xəstəsi saxlanılıb (VİDEO)
Ağdaşda COVİD-19 xəstələrinə cinayət işi başlanılıb (FOTO)
Ağdaşda COVİD-19 xəstələrinə cinayət işi başlanılıb (FOTO)
Loading Bars
Xəbər lenti
Türkiyəli minaaxtaranlar işğaldan azad edilmiş Azərbaycan torpaqlarında əməliyyatlara başlayıb
28 obyektdə zəruri qayda və tələblərin pozulduğu müəyyən olunub
Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın yeni tərkibi təsdiqlənib
Ceyhun Bayramov moldovalı həmkarı ilə telefonla danışıb
Türkmən Həkimləri Dərnəyinin sədri Azərbaycan Prezidentini təbrik edib
18 rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə yeni evlər verildi (FOTO)
Yerevanda etiraz aksiyasında iştirak edənlər hücuma məruz qalıb (FOTO)
Yüklərin Azərbaycandan daşınması artıq yeni mərhələnin başlanmasının işarəsidir - Deputat
25 minə yaxın şagird məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslərdə iştirak edib
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
Paşinyan Putinlə görüşə nail ola bilmədi - Səfər ləğv edildi
Gəncə Şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edildi
Azərbaycanda 2 981 nəfər COVID-19-a yoluxub, 1 226 nəfər sağalıb, 31 nəfər vəfat edib
FHN-in Laçında yerləşəcək binasının lövhəsi hazırdır
Dekabrın 1-də manatın dollara qarşı məzənnəsi
Prezidentə yazırlar: Siz bu xalqın inamını özünə qaytardınız, onu bir yumruq kimi birləşdirdiniz
“Bərdə” gəmi-bərəsi təmirdən sonra istifadəyə verilib
Ombudsman beynəlxalq ictimaiyyətə müraciət edib
Pakistan Senatının üzvü, partiya sədri Prezident İlham Əliyevi təbrik edib
İran Qarabağın bərpasında iştirak etməyə hazırdır - Vitse-prezident
İraq Parlamentinin Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Laçının qayıdışını böyük səbrsizliklə gözləyirik, o da qayıtsın, tam olaq, arzumuza çataq - Deputat
Roberto Karlos və gənc azərbaycanlı futbolçular - Onlayn dünya çempionatının püşkü atılıb
Azərbaycanda dosent koronavirusdan dünyasını dəyişdi
BNA 3,5 milyon manatlıq müqavilə imzalayıb
Azərbaycan dövlətçiliyinin islahatlar və zəfər mərhələsi
İtaliyanın daha iki bələdiyyəsindən Azərbaycana dəstək
Carlsberg Azerbaijan və AzərŞəkər şirkətləri əməkdaşlıq memorandumu imzalayıblar (FOTO)
Daha 107 ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edildi (FOTO)
Erməni xalqı Paşinyanı bağışlamayacaq - Sabiq prezident
Dəmiryolçu şəhidlərimizi tanıyaq (FOTO)
Şəhid anası: Oğlum öz şəklinə baxıb dedi ki, bir gün bu şəkildə şəhid görəcəksən (FOTO)
İşğaldan azad olunan ərazilərə səfər etməyin - Baş Prokurorluqdan xəbərdarlıq (VİDEO)
PAŞA Bankın “Onlayn biznes krediti” məhsulu ilk beynəlxalq mükafatını aldı
Ermənistan təcavüzü nəticəsində həlak olan dinc sakinlərin sayı 98-ə çatdı - Prokurorluq
Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib (FOTO)
Yelo Bank-dan mikrokreditlərə tam yeni yanaşma
Yaşayış yerini tərk edən aktiv COVİD-19 daşıyıcıları barədə cinayət işi başlanıb (FOTO/VİDEO)
İranda sutka ərzində 13 mindən çox şəxs koronavirusa yoluxub
“AccessBank” mülki müdafiə təlimlərini davam etdirir (FOTO)
Qazax sakinindən narkotik vasitə götürülüb (FOTO)
Bitkoin 4 faiz bahalaşıb
Şuşa yolunun minalardan təmizlənməsinə başlanılıb - ANAMA
Tərtərlə Suqovuşanı birləşdirən yol yaxın günlərdə istifadəyə veriləcək (ƏLAVƏ OLUNUB) (FOTO)
Azərbaycanda zərərsizləşdirilən minaların sayı açıqlandı
Şuşanın gəzməli-görməli yerləri haqqında video çarx hazırlanıb
İranlı alim necə öldürüldü? - Sui-qəsdin təfərrüatları
ANAMA-dan vətəndaşlara müraciət: Azad edilmiş ərazilərə getmək təhlükəlidir
İndiyə qədər Azərbaycanda minaların partlaması nəticəsində 535 mülki şəxs ölüb
İpoteka Fondunun bazasına yeni mənzillər əlavə olunacaq
Qarabağda dağıdılmış qəbiristanlıqlar, tövləyə çevrilmiş məscidlər gördüm - Məşhur fotoqraf (FOTO)
YARAT Müasir İncəsənət Məkanı “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
Bakıda avtomobillərin qiyməti nə zaman ucuzlaşacaq?
Sərt karantin rejiminin qayıtmasını istəmiriksə, qaydalara əməl edək - Naqif Həmzəyev
ADA Universiteti "Mənim Qarabağım" mövzusunda onlayn mühazirələrə başlayıb (FOTO)
Yerevanda əsgər anaları yenidən toplaşdı
İpoteka və Kredit Zəmanət Fondunun agent bankları tərəfindən verilən ipoteka kreditlərinin həcmi açıqlanıb
16 yaşlı Cavan - Xocalı soyqırımının daha bir itkini (VİDEO)
Moldova prezidenti hökuməti istefaya çağırdı
Yoluxma sayının artması səhiyyə sistemimizi çıxılmaz vəziyyətə sala bilər - Deputat
Səbaildə yeni elektron layihə (VİDEO)
Dekabrda bəzi ərazilərdə temperatur normadan yüksək olacaq - Aylıq proqnoz
Aztəminatlı tələbələrin təhsil haqqı ilə bağlı müraciətlərinin qəbulu sabah başa çatır
Koronavirusla bağlı 111 ictimai iaşə müəssisəsində pozuntu aşkarlandı (FOTO)
Karxanaların Kürə təsiri açıqlandı
Polşadakı Azərbaycan evində "Müzakirə Klubu" fəaliyyətə başlayıb (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
Bu il fermerlərə 65 milyon manatdan artıq kredit ayrılıb
Evi tərk edən COVİD-19 xəstəsi saxlanılıb (VİDEO)
Mövcud yoluxma səviyyəsi sərt karantinin tətbiqini qaçılmaz edir - XƏBƏRDARLIQ
Dillər Universitetində Çin arzusu Günü qeyd olunub
İpoteka və Kredit Zəmanət Fondunun məcmu aktivləri 2 milyard manata yaxınlaşır
Kaspersky satış zamanı onlayn təhlükəsizlik qaydalarını xatırladır
Təhsil naziri qəzada ölən tələbələrdən yazdı
Ağdaşda COVİD-19 xəstələrinə cinayət işi başlanılıb (FOTO)
Mərkəzi Bank depozit hərracının nəticələrini açıqladı
Bakı Ali Neft Məktəbinin 9 yaşı tamam olur
Rusiyada bir gündə koronavirusa 26 mindən çox yoluxma olub, 368 nəfər ölüb
Baydenin prezident seçilməsi Azərbaycana nə verə bilər? - Şərh
Kür-Araz ovalığında bataqlıqlar artır
Bu gün “Dərs vaxtı” verilişinin 2000-ci buraxılışı efirə gedib
Hotellərə ulduz veriləndə koronavirusla bağlı qoruyucu tədbirləri də nəzərə alınacaq - Yenilik
Sülhməramlılar üçün yüklərin Azərbaycan vasitəsilə daşınması ərazi bütövlüyümüzə hörmətin nümunəsidir - Deputat
İşğaldan azad edilmiş ərazilərdə bələdiyyələr necə təşkil ediləcək?
Bakıda kokain və ekstazi həblərinin satışı ilə məşğul olan şəxs saxlanılıb (FOTO/VİDEO)
Avstriyanın müdafiə naziri koronavirusa yoluxub
Tibb Universitetinin qəzada həlak olan tələbələri (FOTO)
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Qazi Elçin Səmədov Bakıya gətirilib, əməliyyat olunacaq
Zərdabda evi tərk edən daha bir COVİD-19 xəstəsinə cinayət işi başlandı
Cəmiyyəti radikalların perspektivsiz tezislərinə yox, torpaqlarımızın azad edilməsi reallığına inanır - Ekspert
Daha 3 koronavirus xəstəsi saxlanılıb
Türkiyədən Azərbaycana avtomobil ixracı azalıb
Baş nazir Modi Hindistanı bütün dünyanın əzcaçısı olmağa ruhlandırır
Co Bayden ayağını sındırıb
Dağlıq Qarabağ və ətraf regionların bərpa olunan enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas prioritetdir - Pərviz Şahbazov (MÜSAHİBƏ)
Oğuzda qaydaları pozan koronavirus xəstəsi saxlanılıb
“Qərb demokratiyası”: Aysberqin görünən və görünməyən tərəfləri
BTQ-nin Qars Logistika Mərkəzində işlər yekunlaşıb (FOTO)
Bakının əsas magistrallarında sürət həddi endirildi
Bütün xəbərlər