Bakı. Trend:
Azərbaycan Beynəlxalq Bankı (ABB) “Visa” ödəmə sistemi ilə birgə kart sahibləri üçün sıfır məsuliyyət prinsipinin tətbiqinə başlayır.
Trend-in məlumatına görə, bunu bu gün təqdimat zamanı ABB-nin elektron ödəmələr şöbəsinin rəhbəri Eltəkin Rəhimov deyib.
Onun sözlərinə görə, Beynəlxalq Bank Azərbaycanda ilk dəfə “Təhlükəsiz kart” proqramının tətbiqinə başlayıb.
E.Rəhimov deyib: “Bu siyasət çərçivəsində müştərilər onlar tərəfindən təsdiqlənməyən ödəmələrə görə məsuliyyət daşımayacaqlar. Müştəri SMS-bildiriş, mobil bank və “Visa Verified” xidmətlərinə qoşulur və öz kartı ilə aparılan əməliyyaları daim nəzarətdə saxlayır”.
Bu prinsipin tətbiq olunması o deməkdir ki, bank vətəndaşlara oğurlanmış vəsaitləri öz hesabına qaytarmalı olacaq.