...

İranın rabitə naziri Azərbaycana gəlir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2016 14:51 (UTC +04:00)
Bu gün Bakıya İranın rabitə və kütləvi kommunikasiyalar naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti səfər edir
İranın rabitə naziri Azərbaycana gəlir

Bakı. Azad Həsənli - Trend:

Bu gün Bakıya İranın rabitə və kütləvi kommunikasiyalar naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti səfər edir. Bu barədə Trend Azərbaycan İqtisadiyyat Nazirliyinə istinadən məlumat verir.

Səfər dekabrın 29-dək davam edəcək.

Səfər çərçivəsində iqtisadi, ticarət və humanitar məsələlər üzrə Azərbaycan-İran hökumətlərarası komissiyasının 11-ci iclası, Azərbaycan-İran biznes-forumu və rəsmi şəxslərlə görüşlər keçiriləcək.

İran nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına da səfər edəcək və burada bir sıra tədbirlərdə iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti