...

Azərbaycan Beynəlxalq Bankının müştəriləri üçün Visa-dan yeni fürsətlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2016 15:57 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankının Visa ödəniş kartlarının sahiblərini Dubay Şoppinq Festivalında inanılmaz fürsətlər gözləyir.
Azərbaycan Beynəlxalq Bankının müştəriləri üçün Visa-dan yeni fürsətlər

Bakı. Trend:

Azərbaycan Beynəlxalq Bankının Visa ödəniş kartlarının sahiblərini Dubay Şoppinq Festivalında inanılmaz fürsətlər gözləyir.

Bankdan Trend-ə verilən məlumata görə, ilk növbədə, festival müddətində JumeirahTH otellərində qalan müştərilər bu kartlarla 25% faiz endirim qazanacaqlar. Təklif 01-28 yanvar tarixləri ərzində Visa kartları ilə ödəniş şərtilə keçərlidir. Bu barədə daha ətraflı: https://www.jumeirah.com/en/offers/visaoffers/visawinter/.

Dubay Şoppinq festivalı müddətində (26.12.2016-28.01.2017) Visa hər zövqə uyğun cəlbedici təkliflərin təmin olunmasından ötrü məşhur brendlərlə də əməkdaşlıq edir. Bura avtomobil, elektronika, zərgərlik məmulatlarından əyləncə və gündəlik məişət ehtiyaclarına qədər bir çox məhsul və xidmətlər daxildir. Visa ödəniş kartları ilə bunlardan da müəyyən güzəştlərlə istifadə etmək olar. Müştərilər festival zamanı Visa kartlarının üstünlüklərindən faydalanmaq üçün https://www.visamiddleeast.com/dsf saytında qeydiyyatdan keçməlidirlər.
Visa ödəniş kartlarının müxtəlif növlərini Azərbaycan Beynəlxalq Bankının bütün filial və şöbələrində əldə etmək mümkündür.

36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı müştərilər www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud (012) 937 və *8937 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti