...

Bakıda qanunsuz sərnişindaşıma fəaliyyəti göstərən mikroavtobus aşkar edilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2017 17:14 (UTC +04:00)
Bakıda qanunsuz sərnişindaşıma fəaliyyəti göstərən mikroavtobus aşkar edilib.
Bakıda qanunsuz sərnişindaşıma fəaliyyəti göstərən mikroavtobus aşkar edilib (FOTO)

Bakı. Trend:

Müntəzəm sərnişindaşıma xidməti göstərən daşıyıcılardan, eyni zamanda sərnişinlərdən Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən “Azadlıq” metrostansiyası istiqamətinə bir neçə nəqliyyat vasitələrinin qanunsuz sərnişindaşıma fəaliyyəti göstərməsi barədə Bakı Nəqliyyat Agentliyinə daxil olan şikayətlər əsasında araşdırma aparılıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, müəyyən edilib ki, Elzamin İsmayılzadə adlı şəxs dövlət qeydiyyat nömrə nişanı "10 ME 228" olan “Mersedes” markalı sərnişindaşımaya yararsız olan mikroavtobusla qeyri-qanuni sərnişindaşıma faəliyyəti göstərir. Belə ki, adıçəkilən şəxs qanunsuz sərnişindaşıma fəaliyyəti göstərərkən Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinə daxil olaraq müntəzəm marşrutların dayanacaq yerini zəbt edir.

Bakı Nəqliyyat Agentliyində aparılan söhbət zamanı sürücü E.İsmayılzadə müvafiq sənədlərinin olmamasını və qanunsuz sərnişindaşıma fəaliyyəti göstərməsini etiraf edib. Bakı Nəqliyyat Agentliyi tərəfindən həmin sürücü barəsində qanunamüvafiq tədbirin görülməsi üçün zəruri məlumatlar aidiyyəti dövlət qurumlarına göndərilib.

Görülən bütün zəruri tədbirlərə baxmayaraq, hələ də bəzi şəxslər tərəfindən yararsız vəziyyətdə olan miktoavtobuslarla qanunsuz sərnişindaşıma fəaliyyətinin həyata keçirilməsi halları mövcuddur. Bu kimi mikroavtobuslar sərnişinlərin həyatı üçün ciddi təhlükə mənbəyidir. Məhz mikroavtobusların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri olduqca ağır nəticələrə səbəb olub. Qeyd edilənləri nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi sərnişinlərdən xahiş edir ki, bu kimi nəqliyyat vasitələrindən istifadə etməsinlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti